SON XƏBƏRLƏR

İSRAİLLƏ HƏMAS ARASINDA ATƏŞKƏS İKİ GÜN ƏRZİNDƏ İMZALANACAQ

2021.10.20, 07:36
İSRAİLLƏ HƏMAS ARASINDA ATƏŞKƏS İKİ GÜN ƏRZİNDƏ İMZALANACAQ

Gunaz.tv
İSRAİLLƏ HƏMAS ARASINDA ATƏŞKƏS İKİ GÜN ƏRZİNDƏ İMZALANACAQ felestin_israil.jpg Bu barədə məlumat verən Həmasın siyasi bürosunun rəhbəri Musa Əbu Mərzuk Fələstinli fraksiyaların İsrail tərəfi ilə danışıqlarının sonunda sənədi imzalayacaqlarını açıqlayıb. Qeyd edək ki, daha əvvəl İsrail tərəfi 2006-cı ildə girov götürülən əsgəri Gilad Şalitin azad edilməsini şərt kimi irəli sürsə də, sonradan bu maddə sənəddən çıxarılıb. /İctimai TV/ ---------------------------------------------------------- YUNANISTANDA ETİRAZ AKSİYASI KEÇİRİLİB Metallurgiya və gəmiçilik sahələrində çalışanlar minlərlə iş yerinin ixtisar olunmasına etiraz əlaməti olaraq parlament binası yaxınlığında aksiya təşkil ediblər. “İşçilər geri çəkilməyəcəklər, Həmkarlar ittifaqları müqavimət göstərəcək” şüarları səsləndirən aksiyaçılar hökümətin iqtisadi siyasətinin iflasa uğradığını bəyan ediblər. Xatırladaq ki, Yunanıstanda işsizliyin səviyyəsi 8 faiz qiymətləndirilir. Avropa Komissiyasının ekspertləri isə bu rəqəmin 2009 cu ildə 9 faizə qədər artacağını proqnozlaşdırır.Yunanıstanın Həmkarlar İttifaqları Konfederaisyası isə ölkədə müşahidə olunan maliyyə böhranı səbəbindən bu il ərzində daha 10 minlərlə iş yerinin ixtisar olunacağını bildirib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar