KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
İran adlanan yerdə fars şovinistlərinin Azərbaycan türkcəsinə qoyduğu yasağa etiraz əlaməti olaraq böyük şairimiz Məhəmmədhüseyn Şəhriyar belə deyib: "Türkün dili tək sevgili istəkli dil olmaz, özgə dilə qatsan, bu əsil dil əsil olmaz". Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan və Türkiyə türkcəsini eyni dil hesab etməyənlərə, eyni soykökdən olan millət arasında nifaq toxumui səpmək istəyənlərə, bir sözlə dil və millət bölücülərinə gözəl bir şeirlə cavab verib. Həmin şeiri sizlərə təqdim edirik: Kim tutub mayasın bu sifarişin, Bu "dil" savaşını kim salıb işə? Görən yetmədimi dərsi keçmişin, Nə vaxt səngiyəcək bu "münaqişə"? Yenə ortalıqda meydan sulayır Qardaşı qardaşdan ayrı tutanlar. Kimin qarşısında quyruq bulayır Fitnə yaradanlar, ara qatanlar? Açılıb qapısı fitnəbazların, Yatan iştahlar da ayılıb yenə. Ucalır sədası yad avazların, Yırtılır niqablar, boşalır sinə: "Yox, bu Azərbaycan, o türk dilidir, Fərqlidir, ayrıdır", - deyir bir "qoçaq". Dodağı üstündə özgə kilidi... Açıblar - danışır, yenə susacaq. Yenə cıdırdadır özgə atları... Bəlli simaları, bəlli zatları... Kişnəyir "köhlənlər" ana dilində Fəqət yüyənləri özgə əlində... *** Dilimin adını kim verib görən? Onun "Ol" dediyi andanmı gəlir? Tarixə sığmayan tarix yaradan Fatehlər doğuran qandanmı gəlir? Şumerdənmi gəlir? Hundanmı gəlir? Dilimin adını kim verə bilər? Sönmüş ocaqlara od verən mənəm! Qitədən qitəyə axan çaylara, Yurdlara, ellərə ad verən mənəm! Dilimin adını kim verə bilər! Kimdir bu cəsarət yiyəsi, Allah! Ruhum varlığını dünyadan silər, Kəsər sözlərimin "tiyəsi", Allah! Dilimin adını kim verə bilər? Adım da, sözüm də Tanrıdan gəlir, Kimsənin önündə, Tanrıdan özgə, Yenməyən dizim də Tanrıdan gəlir! Başımın üstündən göy çəkilməmiş, Ayağım altından Yer qaçmayınca... Kimliyim, varlığım, ruhum, vücudum Soyuq məzarlara yol açmayınca... Şəhid qanı kimi son damla qanım Vətən torpağına hopana qədər. Bilin! Yürüdükcə ərzin zamanı, Dünya məhvərindən qopana qədər Dilimin adı da yalnız Türkdür, Türk! Amalım dünyanın özündən böyük! Bir anda dilimə neçə ad gəlir Altaydan Təbrizə... Bu yurd mənimdi! Nədən Türkün sözü Türkə yad gəlir, Nədən Türkün sözü Türkə qənimdi? ...Kəhər atlarımın dırnaqlarından Qopan daşlar belə türkcə danışır. O mavi səmanın ənginliyindən Uçan quşlar belə türkcə danışır. Əlçatmaz zirvələr, keçilməz dağlar, Yaxınlar, uzaqlar türkcə danışır. Kükrəyən dənizlər, sısqa bulaqlar, çiçəklər, yarpaqlar türkcə danışır, Türk varan torpaqlar türkcə danışır! Yarıb neçə-neçə qaranlıqları - Ruhundan yol alan bir gündüzü var. Fəth edib əlçatmaz ucalıqları! Hər yerdə, hər yerdə Türkün sözü var. *** Kim tutub mayasın bu sifarişin, Kim salır ortaya ayrılıq yenə? Qaniçən iştahlar qıcayıb dişin Qılınc saplamağa Türkün sözünə. Mayası yadlardan tutulanlara Türkün birliyimi göz dağı olub?! Qoy ruhu qısırlar eşitsin yenə İstər Azərbaycan, istər Türkiyə, Qitədən qitəyə Turan elləri Hər zaman türklərin torpağı olub! Sözünü geri çək, Sözümü dinlə! Sən mənim dilimi bölə bilməzsən! Tanrı bir yaradıb Türk millətini Tanrı yazdığını silə bilməzsən! Şirin layla səsi, telli saz səsi, Qolça qopuz səsi - Türkün dilidir! Haqqa əsgər olan Uca Millətin Əbədi nəğməsi - Türkün dilidir! Gah həzin, axıcı... bir bulaq kimi, Gah alov püskürər gur ocaq kimi... Dillər arasında durub dağ kimi! Dillərin zirvəsi - Türkün dilidir! Hər sözü İlahi - Cana can gəlir, Hər sözün içində bir ümman gəlir... Ruhu göydən gəlir, səmadan gəlir Tanrı möcüzəsi - Türkün dilidir.
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi