SON XƏBƏRLƏR

ÇAVES ÖMÜRLÜK PREZİDENT OLUR

2021.10.20, 07:36
ÇAVES ÖMÜRLÜK PREZİDENT OLUR

Gunaz.tv
ÇAVES ÖMÜRLÜK PREZİDENT OLUR O, müxalifətə yardıma gələn Lex Valensanı Venesuelaya buraxmayacağını bəyan edib 1293.jpg Venesuela prezidenti Uqo Çaves bəyan edib ki, Polşanın eks-prezidenti Lex Valensa yerli müxalifəti dəstəkləmək üçün Venesuelaya gəlməyə cəhd etsə, onu ölkəyə buraxmayacaq. Bu barədə “Assoşieyted press” agentliyi xəbər yayıb. Agentliyin məlumatına görə, bu bəyanat fevralın 15-nə təyin olunmuş referendum ərəfəsində səslənir. Qeyd edək ki, Venesuelada keçirilən referenduma eyni şəxsin iki dəfədən artıq prezident seçilməsini yasaqlayan konstitusiya müddəasına dəyişiklik edilməsi məsələsi çıxarılıb. Həmin dəyişikliyə qarşı olan müxalif ovqatlı tələbələr məşhur dissident, Nobel sülh mükafatı laureatı Valensanı yardıma çağırıblar. Buna cavab olaraq Çaves Valensaya qadağa qoyduğunu bildirib. Maraqlıdır ki, 2007-ci ilin dekabrında Çaves təxminən eyni məsələni, daha dəqiqi, prezidentin səlahiyyət çərçivəsinin genişləndirilməsi barədə konstitusiya maddəsinin dəyişdirilməsini nəzərdə tutan layihəni referenduma çıxarıb. Ancaq o vaxt xalq bu dəyişiklikləri dəstəkləməyib və Çaves uduzub. 2007-ci ildə seçicilərin 50 faizdən artığı dəyişikliyin əleyhinə səs verib. Budur, üstündən 1 il 2 ay keçəndən sonra Çaves öz niyyətinə nəyin bahasına olursa-olsun, yetmək əzmindədir və bu dəfə daha qətiyyətlidir. musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar