SON XƏBƏRLƏR

İRANIN ABŞ-a ŞƏRTİ VAR: TƏHDİDDƏN ƏL ÇƏKMƏLİ

2021.10.20, 07:36
İRANIN ABŞ-a ŞƏRTİ VAR: TƏHDİDDƏN ƏL ÇƏKMƏLİ

Gunaz.tv
İRANIN ABŞ-a ŞƏRTİ VAR: TƏHDİDDƏN ƏL ÇƏKMƏLİ İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi fevralın 11-də jurnalistlərlə söhbətində ABŞ-ın yeni hökumətini dialoq qaydalarına riayət etməyə çağırıb. «Media forum» saytının məlumatına görə, H.Qəşqavi deyib: «ABŞ hökuməti dialoq qaydalarına riayət etməli, qarşı tərəfi kötək-kökə ideyası ilə təhdid etməkdən əl çəkməlidir. Əgər bu təhdidlərdə sanksiyalar nəzərdə tutulursa, təcrübə göstərib ki, bunların İrana heç bir təsiri yoxdur. Sanksiyaların tətbiqindən sonra Bizim iqtisadi əlaqələrimiz daha genişlənib». «ABŞ-la danışıqlar aparmaq üçün hansısa proqram hazırlanıbmı» sualını nazirlik sözçüsü belə cavablandırıb: «Bizim mövqeyimiz prezident Mahmud Əhmədinejadın elan etdiyi mövqedir. Biz ədalət və qarşılıqlı ehtiram çərçivəsində danışqlar aparmağa hazırıq».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar