SON XƏBƏRLƏR

Əsrin ortalarında dünya əhalisinin sayı 9 milyarda çatacaq

2021.10.20, 07:36
Əsrin ortalarında dünya əhalisinin sayı 9 milyarda çatacaq

Gunaz.tv
Əsrin ortalarında dünya əhalisinin sayı 9 milyarda çatacaq qiz.jpg İnkişaf etmiş 45 ölkənin əhalisinin sayı isə azalacaq Yer kürəsinin əhalisinin sayı durmadan və sürətlə artacaq. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibi Pan Qi Munun “Dünya demoqrafiya tendensiyası” adlı hesabatında bildirilir. Əhalinin sayı 2009-cu ilin iyulunda 6,8 milyard nəfərə, 2012-ci ildə 7 milyarda, 2025-ci ildə 8 milyarda, 2045-ci ildə isə 9 milyard nəfərə çatacaq. Artım ilk növbədə Braziliya, Hindistan, Pakistan, İndoneziya və Nigeriya kimi inkişaf etməkdə olan ölkələrin hesabına saxlanılacaq. Bu zaman 45 inkişaf etmiş ölkədə əhalinin sayı azalacaq. Ən çox itkiyə isə Rusiya məruz qalacaq. Hesabatda qeyd edilir ki, 2050-ci ildə Rusiya əhalisi 33 milyon, Yaponiya 25 milyon, Ukrayna 15 milyon, Almaniya 8,4 milyon, Polşa əhalisi isə 7,7 milyon nəfər azalacaq. Yaxın 40 ildə bəşəriyyət nəzərəçarpacaq dərəcədə qocalacaq. Yaşı 60 və ya daha yuxarı olan insanların sayı ən azı 3 dəfə artacaq və 2 milyard nəfər (22 faiz) təşkil edəcək. Bu zaman şəhər əhalisinin sayı 6,4 milyard nəfərə çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar