SON XƏBƏRLƏR

Türkiyədəki islamçılıq və Güney Azərbaycan

2021.10.20, 07:36
Türkiyədəki islamçılıq və Güney Azərbaycan

Gunaz.tv
Türkiyədəki islamçılıq və Güney Azərbaycan Bu günkü halımıza 12 il əvvəlki baxış Türkiyədəki islamçılıq və Güney Azərbaycan Böyük Rəsuloğlu Açıqlama : (Türkiyədə son zamanlar baş verənlərlə bağlı bəzi Güney Azərbaycanlı mütəffəkirlərin yazıları yayılmışdır. Özəlliklə bu deyişikliklərin “ Azərbaycan Milli Hərəkatına “ göstərəcək mənfi təsiri çeşitli zaviyələrdən analiz edilmişdir. Türkiyədə ortaya çıxmış yeni durum və Azərbaycan probləmi ilə bağlı fikirlərimi yaxın günərdə yazıb, millətimizin yarqısına təqdim etməyi milli görəv sayıram. Ancaq, təqribən 10 il öncə “ Sincan” hadisələrindn sonra yazdığım və Bakı qazetlərində yayınlanmış aşağıda təqdim etdiyim yazının, günümüzdə də faydalı olacağı düşüncəsindəyəm. Bu yazını, o zaman, Türkiyədə bəzi kütləvi informasyon vasitərinə göndərsəm də dərc edilib-edilmədiyindən xəbərim olmadı. Bu gün isə şimali Azərbaycan cumhuriyətində bir durum dəyərləndirməsi olacağına da inanıram. Sitə, qazet və başqa KİV-dən xahiş edirəm, aşağıdakı məqaləni bu açılamayla birlikdə yaysınlar, onsuz məfhum yaxşı anlaşılmaz.) Çaldıran savaşının (1514-dəki Azərbaycan Osmanlı müharibəsi) acı nəticlərinin yaratdığı dərin yaranı bugünə qədər sarıtlayıb, mərhəmləyib, toxdada bilmədiyimizi inkar etmək mümkün deyil. Bu yaranın dərinliyini iki türk sərdarından, birinin qalib, o birinin məğlubluğu deyil, Avropaya və xüsusən ingiliz siyasətinə alət olduğumuzu bilməməyimizdən irəli gəlməkdədir. O hadisədən 5 əsrə yaxın bir zamanın keçməsinə baxmayaraq, o zaman Avropa ölkələrindən ardı kəsilmədən gələn zahirdə səyyah və səfirlərin, əslində casus və yaramazların yazdıqlarının açığa çıxdığı bir halda, ya oxumadıq, ya oxuduq ibrət dərsi almadıq, ya da düzgün təhlil etmədik. Əlbəttə ki, o zamankı parçalama ilə bugünkü islami birləşdirmə arasında mahiyyətcə fərq var, çünki o hərəkət mənfi, Türkün bölünməsi, bu hərəkət müsbət, yəni birləşdirmədir, ancaq möhtəva dəyişməmişdir. Çünki bu yaxınlaşmanın əsaləti yoxdur, sadəcə İranda yaşayan 30 milyonluq türk millətinin və xüsusən Cənubi Azərbaycandakı milli oyanışın boğulmasına yönəlmiş bir hərəkət olacaqdır. O zaman milli təfəkkürümüzün olmadığına görə dini təfəkkürümüzdən suistifadə ediblər, bugün milli təfəkkürümüzün dirçəldiyinə görə dini baxışımızdan suistifadə etməyə hazırlanırlar. Daha doğrusu türklük ( Azərbaycan ) və islamçılığı ( Anadolu) qarşı-qarşıya qoymaq üçün qərbin bəzi çevrələri fars şovinizmi ilə birlikdə, dəridən qabıqdan çıxırlar. Azərbaycanda qurtuluş yolunun genişlənməsi haqlı olaraq və tarixi xətaların tikrar olunmaması üçün Türklük mehvəri ətrafında genişlənirkən Anadoluda xalqın təmiz dini duygusundan faydalanaraq islami hökümət qapları genişlənir. Bu oyunlara gəlməmək üçün dərin bilgi, düzgün dünya görüşü, böyük ağıl və məntiq sahibi olmaqla yanaşı, sarsılmaz iradəli olub hər aldatmacaya tovlanmamalıyıq. Böyük ustad sayın prof. Orhan Türkdoğanın otuz il bundan öncə söylədiyi sözlər hələ də qulaqlarımda cingildəyir. O deyirdi “türk millətinin ağlı var fikri yoxdur”. Ancaq bugün biz tarixin cəbri gərəyi düzgün təfəkkür meydanında islamsız türk, türksüz islam olmaz atının belində qıvraq oturub, yay kimi əyilib ox kimi atılmalıyıq. 1960-1970 illərində adı milli nizam partiyası olan bugünkü Rifah Partiyasının başqanı genə Sayın Prof. Necmeddin Erbakan idi. Tələbəlik günlərimizdə o partıyanın gənc uzvləri ilə danışıqlarımızdan və onların o zaman yaydıqları jurnal və qəzetlərdən belə çıxırdı ki, makina mühəndisi olan sayın Erbakan çox ağıllı, çox fərasətli və biliklidir. Onun o zamankı danışıqları da bunu təyid edirdi. Türkiyənin hər bucağından bir fabrika tüstüsünün çıxması üçün verdiyi sözlərin yanında, Qıbrıs barış hərəkətində sayın Bülənt Ecevitlə çiyin-çiyinə olması onu və onun o zamankı tələbələr və bugünkü komandası sayılanların “müsəlman türküz” sözlərinin təyidiyyəsidir. O düşüncələrin nəticəsində də, milli nizamçılarla və sonradan səlamətçilərlə ülkü ocaqları arasında iş birliyi ortaya çıxmaqda idi. Ancaq milli görüşlərin arxa plana keçməsi milli dəyərlərimizin və xüsusən Türkiyə cumhuriyyətindəki dəyərlərin başında olan Atatürk və atatürkçülüyün əleyhinə aparılan oyunların aşkar olmasına səbəb olmuşdur. Bu anti- türk davranışları İran islam cumhuriyyətindən gələn rəsmi qonaqların Anıt qəbiri ziyarətindən imtina etməsi ilə, Sincan hadisəsi ( Ankara yaxınındakı bu bölgənin bələdiyə başqanının himayəsi ilə qara çarşablı və saqqallıların İran hizbullah formasına oxşar eyləmi) kimi olaylarla birləşdirəndə dərin təfəkkür və təhlilə ehtiyac olduğu açığa çıxır. Çox da mürəkkəb olmayan bu məsələlər insanın beynini qaşındırır, sorğu suallar ortaya çıxarır. O zamanki mübahisələrdə ( 1960- 1970 tələbəlik illəri) Atatürkün əleyhinə çixmaq üçün onun gördüyü işlərin içindən bir səhv və xəta çıxarmağa çalışan bəzi çevrələr, asanlıqla ona bir irad çıxara bilməyəcəklərini gördükdə onun əzəmət və şövkəti qarşısında təslim olmağa məcbur olurdular. Bir gün Moskva ilə qurduğu münasibəti, bir gün xilafətin qaldırılması, bir gün ərəb əlifbasını dəyişdirərək keçmişdən qoparılması və daha nəqədər bəhanələrlə ürəkləri bulandırmaq istəsələrdə işin gərçək üzünü bilənlərin ürəyində Atatürk sevgisinin dərinliyi onları kor peşman edirdi. Parçalanmış bir ölkənin torpaqları yeddi dövlət qoşunları tərəfindən işğal edilmiş, dünyanın o günkü şərtlər altında misaqi milli anlayışının tək yol olduğuna inanmamaq mümkün deyil. O günkü şəraitə toxunmağı bugün ortalığı qarışdırmaq istəyənlərin oyunlarına gələnlər üçün faydalı olacağını düşünərək onları aşağıda sıralayıram: 1- İngiliz siyasəti həmişəki yoluna davam edir. Bir tərəfdən Larents kimilər vasitsəsi ilə müsəlman ərəbləri ayaqlandırır, o biri tərəfdən İstanbulda öz çətri altında cansız və iradəsiz bir xilafət quraşdırmağa çalışır. 2- Rusiyada bolşevik inqilabı gerçəkləşir, qurtluş yolunu orada axtaranlar əl-ayağa dolaşır. 3- Çanaqqalada 250000 şəhid vermiş ordunun 100000 nəfəri də Turan həvəsi ilə Sarıqamış dağlarında dondurulur, səfalət içində qalmış Anadolu insanı ordusuz, səngərsiz və silahsız qalır. Türk milləti yaradılmış hisli damda tindən boğulma halındadır. 4- Pantürkizm türk dünyasının qurtluşu üçün öz duyqularının qınından çıxaraq misaqi milli məfkurəsini bölməyə çalışır. Bilmiyərəkdən milli hərəkatı sısqalaşdırır. 5- Anadolunun qərbində bilməyərəkdən düşmənin hilələrinə uyğun olaraq yobazlar, qayırma islami hərəkət adı ilə qurtuluş savaşını incidir. Pak islami duyqulardan həmişə olduğu kimi ən ziyanlı şəkildə istifadəyə qalxılır. 6- Şimali Azərbaycan, Qafqaziya və Türkistanda böyük türk sərdarı Ənvər Paşa zamansız hərəkət başladır. Onun müsbət cəhtləri o torpaqlarda qalırsa da mənfi münasibətləri Anadoluya daşınır. 7- Cənubi Azəraycandaki milli qurtuluş hərəkatının zəif işıqları və sısqa vücudu özünü gücləndirmək üçün Anadoluya üz çevirir və məktub yazdırır. 8- Çətinliklər qarşısında dirənə bilməyənlər amerikan mandası altına girmək fikrini təbliq edirlər. Bütün bu və buna bənzəyən problemləri göz önünə alaraq, Anadolu qurtuluş hərəkatının ən doğru məcrada yeridyini inkar etmək mümkün deyil. O siyasətlərin nəticəsi də ( Anadolunun nəcati) onu doğruladığına görə xüsusən bizlərin gözünün önünə qaranlıq pərdə asmaq üçü Cənubi Azərbaycana yardım əlinin uzadılmadığını, Atatürk-Rza Şah ilişkilərini gövşədikəri kimi Nuri Paşa, Ənvər Paşa kimi böyük türk sərdarının Atatürk ilə təfəkür meydanındakı münasibətlərdən də suistifadə etmək istəməkdə idilər. Ancaq bizim üçün həmişə olduğu kimi o çətin günlərdə seçilmiş yolun doğruluğu bəllidir. O dərin siyasətlə böyük fədakarlıq nəticəsində qurtulmuş bir milləti, bu dayaz düşüncələrlə uçuruma sürütləməyin kimə xeyri var? Şimali Azərbaycan cumhuriyyəti öz müstəqilliyini qazandıqdan sonra 1991-ci ilin payız günlərində hörmətli dostum Etibar Məmmədov tərəfindən Ankarada düzənlənmiş istiqlaliyyəti qutlama mərasimində iştirak etmək üçün Ahvazdan direkt Türkiyəyə getmişdim. Məhəmmədəmin Rəsulzadə və Atatürkün qəbirlərinin ziyarəti vacibliyi sayın Yaşar Okuyanın ofisindəki görkəmli yığıncaqda qərarlaşdırıldı. 25 il ondan öncə mənim jenetik dərsi ustadım olmuş sayın Profosor Dr. Şaban Karataş-ın Anıt qəbrində görünməkdən çəkinərək oraya getmədiyini gördükdə bu gedişatın sonunun qaranlıq üfuqlarını seçmişdim. Qaldı ki, bu professor o zaman milli düşüncəni, milli qəhrəmanların şəxsiyyətinə önəm verib onları böyütməklə yayılacağı fikrini daşıyan bir insan idi. Bəlkə də onun tövsiyyələrinə görə Ankaraya getdiyim hər səfər Atatürkün əzəmətli məqamını və Rəsulzadənin ürək ağrısı gətirəcək qədər yoxsul və məzlumluq naləsi gələn qəbrini ziyarət edərdim. Görəsən Türkiyədə özlərni islamçı adlandıran çevrələr İranın Məşhəd şəhərində olan böyük islamşünas dr. Əli Şəriətinin “ təşəyüi-ələvi və təşayüi Səfəvi” görüşlərini oxuyublarmı? Görəsən mollaların öz xeyrinə yaratdığı bu qədər xürafat qaydaları, islamiyyətlə və həqiqətlə heç bir ilgisinin olmadığını bunlar bilirlərmi? Görəsən Firdovsinin “ rafizi” məzhəb olduğunun və rafizi məzhəbinin ələvi təşəyüi ilə heç bir ilgisinin olmadığı, ancaq farsların yaratdığı və yeni bidətlər qoyaraq islama yendirmək istədikləri zərbələrin iç mahiyyətini bunlar bilirlərmi? Oğuz oğlu Sultan Mahmudun Şahnamə qarşısındakı tutumunun dəlillərindən xəbərləri varmı? Görəsən İslam inqilabından sonra azərbaycanlı və İranda yaşayan başqa türk xalqlarının partiyası sayılan Müsəlman Xalq partiyası və onunla yanaşı Azərbaycan türklərinin dini rəhbəri olan həqiqi müsəlman, demokrat insan və bütün dini hövzələrin qəbul etdiyi məzlum müctəhid ağayi Şəriətmədarinin başına gətirilənlərdən bunların xəbəri varmı? Ola bilər ki, Anadolu Türkü bunlardan xəbərsizdi, ancaq aşağıda sıraladığım hədisi şərif, quranı kərimin ayələrindən hər halda xəbərsiz deyillər. A) Hədisi şərifdə oxunur: “Vəla teavünu iləl vəlüdvan” – Müsəlman bir ölkə olan Azərbaycan cümhuriyyəti qeyri-müsəlman Ermənistanın təcavüzünə məruz qalmasına baxmayaraq, fars şovinizminin Ermənistana etdiyi iqtisadi, nizami və siyasi yardımı görməmək üçün kor olmaq lazımdır. Bir müddət gizlin saxlamağa çalışdıqları bu yardımları artıq gündə bir fars başçısının İrəvana getməsi ilə açıq aşkar aparılması bəllidir. İran islam respublikasının mədəniyət naziri Mühaciranının “ Ermənilər bizim arya ırqındandır, onları qorumalıyıq”sözlərinin məfhumu Türkiyədəki aldanmışlara islam örtüyü altında gizlənmiş fars şovinist təfəkküründən xəbər vermirmi ( bax: İranın “ Qafqaz və orta Asya araşdırmalar dərgisinə). Görəsən Fələstin müsəlmanları, Filipin müsəlmanları, Lübnan müsəlmanları ilə Qarabağ müsəlmanları arasında hansı fərqlər mövcüddür ki, orada müsəlmanlara burada ermənilərə yardım göstərirlər. Hələ, Qarabağlıların və azərbaycanlıların şiə olduğunu düşünürsək, fars şovinizminin bu qara əmmamələr altında saldığı yuvalardan meydana çıxan oyunların əsil mahiyyətini başa düşmək asanlaşar. Onda Sincan bələdiyyə başqanı və onun mənsub olduğu fikir dairəsinin nə qədər gerilərdə qaldığı və islamiyyət şüarı ilə islam əleyhinə aparılan siyasətdən kor-koranə himayətin necə böyük günah olduğu da anlaşılar. B) Rum surəsi 22-ci ayə: “müxtəlif dil və rənglərdə yarandıq”. Millətləri müxtəlif dil və rənglərdə yaratdığını və onların heç birinin üstün olmadığını hər millətin öz dil və ədəbiyyatını gəlişdirib, inkişaf etdirmə haqqının olduğu məfhumunu daşıyan bu ayeyə və islam respublikasının anayasanın 15-ci maddəsinə də etina etməyən bu fars rejimi üçün deməli fars şovinizminin işinə yaramayan ayə və qanunlar geçərli sayılmr. Şəxsən mənim yoldaşlarla birlikdə, bugünə qədər on beşə yaxın məktub, teleqraf, faks vasitəsi ilə rəhbərlərindən 3 C) prezidentinə qədər yazdığımız “biz anadilimzdə məktəb istəyirik məzmunlu” yazılarımıza cavab verilməməsini, hansı islami qaydalarda ölçür sayın Ərbakan. D) Həcərat surəsi 14-cü ayə: “müxtəlif irq və qövmlərin birbirinə üstünlüyü yoxdur, ən pərhiz kariz Allahın yanında əzizdir. Birbirinizə üstünlük təşkil edərsə ancaq təqvasi olanlardır”. Ən pəhrizkar müctəhid olan ağayi Şəriətmədarinin türk olmasından başqa nə günahı vardır ki, ona o qədər zülm edərək öldürdülər. E) Əlzümr surəsi 15-ci ayə: “sözləri eşidin, ən yaxşısını seçin, onda hidayət olarsız”. Qurani kərimin bu demokrasi hökmünə bir cavab olaraq, haqq- nahəqq danışanın dilin boğazından çıxaran fars şovinizminin bəkçisi olan bu rejimin içi boş sözlərini xalqa uddurmaq istəyənlərin pərdə arxasındaki oyunçuları Anadoluda bəzi türkəsöv insanları aldadıb, onların pak duyqularını istismar edib öz qaranlıq məqsədlərinə çatmaq üçün işlədənlər əlbəttəki bir gün cavab verməli olacaqlar. Bu gün Cənubi Azərbaycanda milli dirçəlişin boğulmasında günahkar sayılan bu çevrə görəsən bu millətin canından nə istəyir. Doğrudur ki bugün və xüsusən Azərbaycan milli hərəkatının sürətlə inkişafından sonra fars şovinizminin başlatdığı millətimizin səsini boğma siyasətində, bizlər teklənmişik. Doğrudur ki, Türkiyənin Cənubi Azərbaycan məsələsində doğrudan doğruya dəxaləti mənfi nəticələrə gətirib çıxara bilər. Doğrudur ki, adını islamçı qoymuş bu quruluşun enində sonunda burnu ovulacaq. Ancaq bu da doğrudur ki, Türkiyədə yaratdığı bu siyasi, iqtisadi və ictimai qarışıqlığın nəticəsində böyüyüb möhkəmləşmədə olan türk qalasının qarşısında maneələr törənəcəkdir. Bu durqunluğun tüstüsü iç və dış türklərin gözlərini ağladacaq və Cənubi Azərbaycan adına mənfi təsir buraxacaq. Ancaq mən otuz il bundan öncə bu barədə söylədiyim fikri təkrar edərək öz milli borcumu ödəmək istərdim. O zaman demişdim biz Türkiyədən heç bir siyasi, nizami, iqtisadi yardım istəmirik, sadəcə onlardan istədiyimiz, Türkiyədə 300 dollarlıq adambaşına milli gəliri 3000 dollara çatdırsalar bizə bəsdir. Bu gün arzu edirik ki, 3000 dollarlıq milli gəliri 30000 dollara çatdırasınız. Ancaq bu səfər 30 il sürədə yox, mənim ömrümün qat verəcəyi qısa bir müddətdə yerinə yetirilsin. Arxayınam ki, Atatürkün izindən ayrılan Türkiyənin, 200 ildir çilə çəkən Türk dünyasının Türlük şuuruna böyük ehtiyaci olan bu zəmanədə bu qara güclərin əlində qalan anadolu Türkünün milli gəliri bundan yüksəklərə qovuşsa da, nə Türkiyəyə, nə Azərbaycana , neədə Türk dünyasına bir xeyri olmayacaqdır. Bakı 12.03.1997

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar