SON XƏBƏRLƏR

İRAQDAN ERMƏNİSTANA 1000-dən ÇOX KÜRD GƏLİB

2021.10.20, 07:36
İRAQDAN ERMƏNİSTANA 1000-dən ÇOX KÜRD GƏLİB

Gunaz.tv
İRAQDAN ERMƏNİSTANA 1000-dən ÇOX KÜRD GƏLİB Bu, BMT tərəfindən açıqlanan rəsmi rəqəmdir 4713.jpg İraqdan son bir neçə ildə Ermənistana 1000-dən çox adam gəlib və sığınacaq alıb. Bu barədə məlumat Ermənistanın diaspor naziri Qranuş Akopyanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İrəvan ofisinin rəhbəri Buşr Alepto ilə görüşündə səslənib. “Novosti Armenia” agentliyinin xəbərinə görə, İraqdan qaçqınlar 2003-cü ildən bu yana Ermənistana gəlməyə başlayıb. Onlar əsasən İrəvan vilayətində və Ararat bölgəsində yerləşiblər. Hazırda İraqdan gələn qaçqınların öz hesablarına aldıqları evlərdə yaşadığı bildirilir. İraqdan gələn qaçqınların milliyyəti açıqlanmasa da, onların yezidi kürdlər və PKK tərəfdarları olduqlarına şübhə yoxdur. Çünki bundan əvvəl Türkiyə kəşfiyyatı İraqın şimalından PKK-çıların Ermənistana köçürüldükləri haqda xəbərlər əldə etmişdi. Alepto onu da deyib ki, İraqdan gələnlər arasında ermənilər də var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İraq qaçqınlarının yerləşməsi üçün 1 milyon dollar xərcləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar