SON XƏBƏRLƏR

SERJ SƏRKİSYAN SÜRİX GÖRÜŞÜ HAQDA AÇIQLAMA VERDİ

2021.10.20, 07:36
SERJ SƏRKİSYAN SÜRİX GÖRÜŞÜ HAQDA AÇIQLAMA VERDİ

Gunaz.tv
SERJ SƏRKİSYAN SÜRİX GÖRÜŞÜ HAQDA AÇIQLAMA VERDİ “Ermənistanın güzəştə gedəcəyi nağıldır” 2651.jpg Ermənistan prezidenti Serj Sərkisyan İsveçrənin Sürix şəhərində ötən həftə Azərbaycan prezidenti İlham Əliyevlə apardığı danışıqlar haqda açıqlama verib. İsveçrədəki erməni diasporunun nümayəndələri qarşısında çıxışı zamanı Sərkisyan deyib ki, danışıqlar davam edir və Ermənistanın mövqeyi dəyişməyib. “Bilirsiniz ki, Sürixdə Azərbaycan prezidenti ilə görüşdüm. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirdik. Bu kontekstdə Ermənistanın mövqeyi birmənalı şəkildə aydındır. Biz Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq miqyasda tanınmasına nail olmalıyıq”. Sərkisyan deyib ki, son vaxtlar Ermənistanda və erməni diasporu arasında bəzi qüvvələr onun hansısa xarici təzyiqlər qarşısında birtərəfli güzəştlərə getməyə hazırlaşdığı haqda fikirlər formalaşdırır. Ancaq bu söz-söhbətlərin əsası yoxdur: “Əmin ola bilərsiniz ki, biz qarşımıza hər hansı başqa məqsəd qoymamışıq. Bəzi adamların guya bizim hansısa təzyiqlər qarşısında Qarabağ məsələsində birtərəfli güzəştlərə hazırlaşdığımız haqda dedikləri nağıldır. Biz hansısa ikinci dərəcəli məsələnin həlli üçün öz milli maraqlarımızdan geri çəkilə bilmərik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar