SON XƏBƏRLƏR

Güney Azərbaycanda ana dili kampaniyası başlanıb

2021.10.20, 07:36
Güney Azərbaycanda ana dili kampaniyası başlanıb

Gunaz.tv
Güney Azərbaycanda ana dili kampaniyası başlanıb iran-1.jpg Aygün Həsənoğlu: "Hər bir xalqın ana dilində oxumaq və yazmaq hüququ var" İranda güneyli soydaşlarımız ana dili hüquqlarının bərpa olunması ilə əlaqədar kampaniyaya başlayıblar. Qeyd edək ki, İran Konstitusiyasının 15 və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan hər bir etnosun ana dilində təhsil almaq hüququ olsa da, hakim molla rejimi 40 milyonluq türk millətini bu hüquqlarından məhrum edib. Məsələyə münasibət bildirən yazıçı-publisist Aygün Həsənoğlu "OLAYLAR"a açıqlamasında qeyd edib ki, bu cür hallara qarşı 3 yolla mübarizə aparmaq olar: "Qeyri-hökumət təşkilatları, ictimaiyyət və dövlət vasitəsilə. İran və Azərbaycan ayrı-ayrı ölkələr olsalar da, insan haqları məsələsi bütün dünyada qəbul olunan və müdafiə edilən bir məsələdir. Hər bir xalqın öz ana dilində oxumaq, təhsil almaq hüququ var" deyən A.Həsənoğlu İranda azərbaycanlılardan fərqli olaraq, ermənilərə bu sahədə hər cür şəraitin yaradıldığını da vurğulayıb: "Bu mənada Milli Məclis və Azərbaycanın millət vəkilləri tərəfindən yaradılan və Azərbaycan dövləti tərəfindən dəstəklənən hər hansı bir qurum yaradıla bilər" deyən yazıçı bildirib ki, tək İranda deyil, bütün dünyada yaşayan azərbaycanlıların taleyini düşünmək hər birimizin borcudur: "Bununla bağlı heç kəsin Azərbaycana irad tutmağa haqqı yoxdur. Güneylilərin tapdanmış hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan hökuməti müəyyən addımlar ata bilər. Məsələn, Güneydə yaşayan azərbaycanlıların dövlət hesabına oxudulması, onların öz dillərində dərslik və ədəbiyyatla təmin olunmasını həyata keçirməklə dövlət müəyyən qədər irəli düşə bilər".olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar