SON XƏBƏRLƏR

Tacikistan prezidenti Medvedyevlə danışmaqdan imtina etdi

2021.10.20, 07:36
Tacikistan prezidenti Medvedyevlə danışmaqdan imtina etdi

Gunaz.tv
İMOMƏLİ RAHMON KREMLDƏN İNCİYİB Tacikistan prezidenti Medvedyevlə danışmaqdan imtina etdi 3389.jpg Rusiya ilə Tacikistan arasındakı münasibətlər ciddi şəkildə korlanıb. “Kommersant” qəzetinin xəbərinə görə, prezident İmoməli Rahmon nümayişkaranə şəkildə rusiyalı həmkarı Dmitri Medvedyevin Moskvaya gəlmək çağırışlarını rədd edib. Bildirilir ki, Rusiya prezidenti Rahmonu bu gün Moskvaya gəlməyə dəvət etmişdi. Medvedyevin onunla müzakirə ediləcək bir çox vacib mövzuları var. Əsas mövzulardan biri də Rusiyanın Tacikistandakı hərbi bazasının statusu və bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı rolu haqda idi. Lakin Kremldən edilən zənglərə baxmayaraq, Rahmon Moskvaya getməkdən imtina edib. Bildirilir ki, hətta o, Moskvadan edilən telefon zənglərinə də cavab vermir. Rəsmi Düşənbə Rahmonun Moskvaya səfərinin təxirə salınmasını Tacikistanda hazırda hökm sürən energetika böhranı ilə əlaqələndirib. Enerji sarıdan Özbəkistandan asılı olan Tacikistan son vaxtlar Daşkəndin borcları tələb etməsi və enerji təminatını azaltması ilə çətin günlər keçirir. Paytaxt Düşənbəyə elektrik enerjisi fasilələrlə verilir. Qəzetin yazdığına görə, elə Rahmonun Medvedyevdən inciməsinin əsas səbəbi də məhz enerji məsələsidir. Rusiya neçə vaxtdır Tacikistanda su elektrik stansiyası tikmək haqda vəd vermişdi. Lakin bu vədini yerinə yetirməyib. Üstəlik, Kreml orta Asiyanın digər respublikalarına investisiya yatırsa da, Tacikistana nəzər yetirmir. Düşənbədə hesab edirlər ki, Rusiya son vaxtlar Qırğızıstanı öz tərəfinə çəkmək üçün ona iri məbləğlərdə pul verməsinə və Özbəkistanla anlaşma əldə etməsinə baxmayaraq, Tacikistana üçüncü dərəcəli ölkə kimi baxır. Ona görə də son bir neçə aydır Tacikistanın Rusiya ilə münasibətləri korlanmağa başlayıb. Ancaq bəzi ekspertlər hesab edirdilər ki, Rahmon Moskvaya ayrıca səfər dəvətini qəbul etməsə də, bu gün başlayacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edə bilər. Çünki o, Rusiyadan küssə də, başa düşür ki, Moskvadan nə dərəcədə asılıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar