SON XƏBƏRLƏR

İsrail diplomatının sözlərinə görə, Qəzzaya hücum Tel-Əvivin İrana qarşı "bir il sonrakı mümkün hərbi əməliyyatın məşqi olub"

2021.10.20, 07:36
İsrail diplomatının sözlərinə görə, Qəzzaya hücum Tel-Əvivin İrana qarşı "bir il sonrakı mümkün hərbi əməliyyatın məşqi olub"

Gunaz.tv
"Qəzzada məşq edirdik" İsrail diplomatının sözlərinə görə, Qəzzaya hücum Tel-Əvivin İrana qarşı "bir il sonrakı mümkün hərbi əməliyyatın məşqi olub" İsrailin Avstraliyadakı səfiri Yuval Rotem bu ölkədəki yəhudi icmasının nümayəndələri ilə görüşündə sensasiyalı açıqlama ilə çıxış edib. APA-nın "Mignews"a istinadən verdiyi məlumata görə, görüşə gələn səfir əvvəlcə zalda jurnalistlərin olub-olmadığını dəqiqləşdirmək istəyib. Diplomat deyib: "Ən yaxşı variant jurnalist və reportyorların olmadığı şəraitdə söhbət etməkdir". Lakin Avstraliyanın "7-ci kanal"ının əməkdaşı Sara Kumminq Y. Rotemin açıqlamalarından xəbər tutub. Y. Rotem bildirib ki, İsrailin Qəzzada keçirdiyi əməliyyat bir il sonra nüvə silahına malik olacaq İrana qarşı mümkün hərbi əməliyyatın məşqi idi: "İsrailin Qəzzadakı fəaliyyəti hamıya onu nümayiş etdirməlidir ki, biz öz məqsədimizə çatmadan dayanmayacağıq". Səfir İranın nüvə proqramının dayandırılmasına yönəlmiş diplomatik və iqtisadi səylərdə iştiraka hazır olduqlarını da söyləyib: "İranda uranın zənginləşdirilməsinə son qoyulmalıdır!" Bu arada İsrail təyyarəsi Qəzza zolağının mərkəzində yerləşən HAMAS obyektinə raket zərbəsi endirib. HAMAS hərəkatı zərbənin polis məntəqəsinə endirildiyini bildirib. Atəş nəticəsində xəsarət alan olmayıb, İsrail atəşdən əvvəl yerli sakinləri əraziyə zərbə endiriləcəyi ilə bağlı xəbərdar edib. Qeyd edək ki, Qəzza zolağına raket zərbəsi baş nazir Ehud Olmertin HAMAS-ın hərəkətlərinə qeyri-proporsional cavab veriləcəyi ilə bağlı bəyanatından bir neçə saat sonra endirilib. Bazar günü HAMAS döyüşçüləri İsrail ərazisinə çoxlu sayda "Kassam" raketləri atıblar. İsrailin Qəzza zolağında apardığı əməliyyat yanvarın 18-də başa çatıb, lakin münaqişə tərəfləri hələ də atəşkəs haqqında rəsmi saziş imzalamayıblar. Danışıqlarda vasitəçilik edən Misirlə HAMAS arasında müzakirələrin ilkin nəticəsi bu gün açıqlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar