SON XƏBƏRLƏR

AZƏRBAYCANDA RƏSMİ SƏVİYYƏDƏ AVROPA ŞURASINA QARŞI ÇIXIŞLAR BAŞLAYIB

2021.10.20, 07:36
AZƏRBAYCANDA RƏSMİ SƏVİYYƏDƏ AVROPA ŞURASINA QARŞI ÇIXIŞLAR BAŞLAYIB

Gunaz.tv
AZƏRBAYCANDA RƏSMİ SƏVİYYƏDƏ AVROPA ŞURASINA QARŞI ÇIXIŞLAR BAŞLAYIB avropaşurası2.jpg «Avropa Şurası Azərbaycanda problemlər axtarır. Azərbaycanda gedən prosesləri görməyərək ölkədə insan haqlarının pozulması və siyasi məhbusların mövcudluğu ilə bağlı məruzəçi təyin etməyə cəhd göstərir. Mən bununla bağlı prezidentin və Milli Məclisin mövqeyini çatdırmışam. Əgər bu münasibət davam edərsə, Azərbaycan Avropa Şurasına münasibətini dəyişdirməlidir və dəyişdirəcək». Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyib. S.Seyidov bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib: «Yalnız «Alternativ xidmət haqqında» qanun qəbul edilməyib. Bunun səbəbi mövcud reallıqdan irəli gəlir, Azərbaycanın Ermənistanla müharibə şəraitində olması ilə bağlıdır». Nümayəndə heyətinin rəhbəri Azərbaycanın da Avropa Şurasından eyni münasibəti gözlədiyini bildirib: «Lakin Azərbaycan Avropa Şurasından heç bir məntiqə sığmayan münasibət görür. Azərbaycanda 2008-ci ildə keçirilən prezident seçkisi demokratik olub. Beynəlxalq təşkilatlar da müsbət rəy bildirib. Bəs nəyə görə prezident seçkisi siyasi məhbus yaratmış, mətbuata təzyiqlərin göstərilməsi, insanların ölümü ilə nəticələnmiş Ermənistan Azərbaycanla eyni tutulur? Bu dözülməzdir, Avropa Şurasının Azərbaycana qarşı ikili standartıdır. Heç olmasa bu ölkəni tənqid etsinlər, orda olan problemləri desinlər. Bunun əvəzində isə bəh-bəhlə mövqe bildirirlər». S.Seyidov qeyd edib ki, Avropa Şurasında gedən proseslər Azərbaycana qarşı təzyiq məqsədi daşıyır: «Onlar istəyirlər ki, Azərbaycanı öz yolundan döndərsinlər. Azərbaycanın Ermənistanla bir cərgədə tutulması yolverilməzdir». Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurasında Azərbaycan haqda mənfi fikirlərin olmasına görə müxalifəti və qeyri-hökumət təşkilatlarını ittiham edib: «Onların məqsədi Azərbaycanın adını hər yerdə bədnam etməkdir. Biz bundan yorulmuşuq artıq. Bəyəm Ermənistanda QHT yoxdur? Ermənistanın hansı QHT-si öz xalqı haqda bir başqa fikir söyləyir, ermənilərin hansı müxalifətçisi gedib Avropa Şurasında öz xalqı haqda başqa sözlər danışır?! Onu demək istəyirəm ki, illər keçib, biz püxtələşmişik və gərək bu məsələlərdə diqqətli olaq». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar