SON XƏBƏRLƏR

FRANSADA TƏHSİL ALAN TƏLƏBƏ İRAN ADLANAN YERƏ QAYIDAN KİMİ HƏBS EDİLİB

2021.10.20, 07:36
FRANSADA TƏHSİL ALAN TƏLƏBƏ İRAN ADLANAN YERƏ QAYIDAN KİMİ HƏBS EDİLİB

Gunaz.tv
FRANSADA TƏHSİL ALAN TƏLƏBƏ İRANA QAYIDAN KİMİ HƏBS EDİLİB seidrezevifeqih.jpg Səid Rəzəvi Fəqih İranın ən böyük tələbə təşkilatı sayılan Vəhdəti Möhkəmləndirən Qurumun Mərkəzi Şurasının keçmiş üzvü Səid Rəzəvi Fəqih həbs edilib. «Media forum» saytının məlumatına görə, dörd ildir Fransada təhsil alan S.R.Fəqih bir həftə əvvəl ailəsini görmək üçün İrana gəlibmiş. Tehranın «İmam Xomeyni» aeroportunda onun pasportunu əlindən alıb, məhkəməyə getməli olduğunu deyiblər. Məhkəmədə onu həbs edərək Tehranın Evin zindanına aparıblar. S.R.Fəqih İranda tələbə hərəkatında iştirakına görə 5 il əvvəl 2 ay həbsdə saxlanmışdı. Hazırda ona qarşı konkret hansı ittihamın irəli sürüldüyü bilinmir. Fəqihin İranın bir sıra islahatçı qəzetləri ilə əməkdaşlıqda günahlandırıldığı güman edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar