SON XƏBƏRLƏR

Polşa Türkiyənin Avropa Birliyinə üzvlüyünə etiraz etmir

2021.10.20, 07:36
Polşa Türkiyənin Avropa Birliyinə üzvlüyünə etiraz etmir

Gunaz.tv
Polşa Türkiyənin Avropa Birliyinə üzvlüyünə etiraz etmir turkiye-ab.jpg Səfir Tomaş Knotxe: «Rəsmi Ankara başa düşməlidir ki, hər şey onun özündən asılıdır» Türkiyənin Avropa Birliyinə üzvlüyünün mümkünlüyü rəsmi Varşavada heç bir etiraz doğurmur. Bunu Polşanın Ermənistandakı səfiri Tomaş Knotxe deyib. Onun sözlərinə görə, Türkiyə və Avropa Birliyi arasında danışıqlar davam edir və bu proses uzun çəkə bilər. Polşalı diplomat hesab edir ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı ciddi problemlər var və ölkənin bu təşkilata daxil olması üçün onların həlli çox vacibdir: «Bu prosesi Avropa Birliyinə üzv olmaq istəyən bütün ölkələr yaşamalıdır. Polşaya üzvlük üçün altı il lazım olub. Rəsmi Ankara başa düşməlidir ki, hər şey onun özündən asılıdır». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar