SON XƏBƏRLƏR

Jirinovski: “Azərbaycan xalqına həmişə böyük hörmətlə yanaşmışam”

2021.10.20, 07:36
Jirinovski: “Azərbaycan xalqına həmişə böyük hörmətlə yanaşmışam”

Gunaz.tv
Jirinovski: “Azərbaycan xalqına həmişə böyük hörmətlə yanaşmışam” jirinovski.jpg “Cənuba doğru son həmlə” kitabımı nəşr edən zaman mən heç bir xalqın şərəf və ləyaqətini təhqir etmək istəməmişəm” “Rusiya Azərbaycanlıları” Federal Milli-Mədəni Muxtariyyəti (AzerRos) ilə Rusiya Dövlət Dumasının sədr müavini, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski arasında davam edən məhkəmə çəkişməsi “sülh müqaviləsi” ilə tamamlanmaq üzrədir. İddiaçı tərəfin vəkili Vahid İsgəndərov APA-ya bildirib ki, Dövlət Dumasının blankında Jirinovskinin imzası ilə “AzərRos”un prezidenti Söyün Sadıqovun adına məktub gəlib. Həmin məktubda Jirinovski yazır: “Mən bütün xalqlara, o cümlədən türkdilli xalqlara hörmətlə yanaşıram. Mən Azərbaycan xalqına hər zaman böyük hörmət etmişəm və edəcəyəm, bu millətin çoxsaylı tanınmış nümayəndələri ilə tanışam, Heydər Əliyevə həmişə böyük hörmətim olub, hazırkı prezident İlham Əliyevə də böyük hörmətim var. Hörmətli Söyün Qasımoviç, sizinlə şəxsən tanışıq, mən Rusiyada Azərbaycan diasporunun nümayəndələri ilə dəfələrlə görüşmüşəm, onların keçirdiyi müxtəlif tədbirlərdə iştirak etmişəm. “Cənuba doğru son həmlə” kitabımı nəşr edən zaman mən heç bir xalqın şərəf və ləyaqətini təhqir etmək istəməmişəm”. Vəkilin sözlərinə görə, “AzerRos” Şurası bu məktubu nəzərə alaraq barışığa getmək qərarına gəliblər: “Biz sülh müqaviləsi hazırladıq, onu bu gün Moskvanın Meşşanski məhkəməsinə təqdim etdik. Bildirdik ki, cavabdeh artıq üzr istəyib, RLDP-in saytından bu kitab çıxarılıb, saytda Jirinovskinin yazdığı kitablar siyahısından da bu kitabın adı çıxarılıb. Ona görə də məhkəmədən “sülh müqaviləsini” təsdiqləyərək qərar qəbul etməyi xahiş elədik”. Xatırladaq ki, Jirinovskinin “Cənuba doğru son həmlə” kitabında Azərbaycan dövləti və azərbaycanlılarla bağlı təhqiramiz ifadələr yer alıb, Azərbaycan xalqı ermənilərə qarşı soyqırımı siyasəti yürütməkdə ittiham olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar