SON XƏBƏRLƏR

Milli Məclis Rusiyanın Ermənistana silah verməsi məsələsini araşdıracaq

2021.10.20, 07:36
Milli Məclis Rusiyanın Ermənistana silah verməsi məsələsini araşdıracaq

Gunaz.tv
Milli Məclis Rusiyanın Ermənistana silah verməsi məsələsini araşdıracaq 2009-02-03_10267.jpg Milli Məclisin deputatları Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah verməsi məsələsini araşdıracaqlar. Bu gün Milli Məclisin yaz sessiyasının açılışında sədr Oqtay Əsədov bildirib ki, bir qrup deputat Rusiyadan Ermənistana silah verilməsi ilə bağlı məsələnin parlamentin müzakirəsinə çıxarılmasını təklif edib: «Məlumdur ki, Azərbaycanın Xarici İşlər və Müdafiə Nazirlikləri məsələ ilə bağlı araşdırma aparır. Parlament də bu işdən kənarda qalmayacaq. Bununla əlaqədar Milli Məclis Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda olan deputatların Moskvaya səfərini məqsədəuyğun hesab edir». O.Əsədovun sözlərinə görə, deputatlar rusiyalı həmkarları ilə bu məsələni Moskvada müzakirə etdikdən sonra Milli Məclis məsələyə öz münasibətini bildirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar