Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Kreml artan sosial narazılığı səngitmək üçün parlamentdəki müxalifət partiyalarına efir vaxtı verməyə hazırlaşır Vladimir Putin hakimiyyətə gələndən sonra Rusiyanın təcavüzkar, imperiyaparəst sərgüzəştləri artıb. Əvəzində bu ölkədə demokratik qüvvələrin mübarizəsi, demokratikləşmə, insan hüquqlarının vəziyyəti diqqətdən kənarda qalıb. Halbuki Rusiyanın demokratikləşməsi təkcə bu ölkə üçün deyil, bütün region, xüsusən postsovet məkanı üçün vacibdir. Ötən ilin payızınadək hamıya elə gəlirdi ki, oliqarx baş nazir Vladimir Putin və onun prezident seçdirdiyi Dmitri Medvedyevə təzyiq göstərmək mümkün deyil. Amma son dövrlər "keqebeşnik" Putinin siyasəti nəticəsində Rusiyanın nəinki demokratikləşmə siyasətinin, həm də iqtisadiyyatının yolundan azdığı aydın görünür. Oliqarx hakimiyyət vəziyyəti nəzarətdə saxlamaqda çətinlik çəkir. Halbuki ötən ilin iyulunadək neftin qiymətinin kəllə-çarxa çıxması Rusiya rəhbərlərinin də hakimiyyət və imperiya həvəslərini xeyli artırmışdı. Amma Gürcüstana hücumla başlayan mənəvi-siyasi-iqtisadi enmə, qlobal maliyyə böhranı Kremlin "qazını" xeyli alıb. O qədər alıb ki, Kremlin son qaz şantajı nəinki Avropanı, heç Ukraynanı da qorxutmadı, əvəzində Rusiya enerji daşıyıcıları bazarını itirməkdən təlaşlanaraq sürətlə güzəştə getməyə məcbur oldu. Çünki neft ucuzlaşıb. Avropadakı qaz bazarı da zəifləyəndə Rusiyanın qazancı nə olacaq? ***** İqtisadçılar bir ildən çoxdur ki, davam edən qlobal maliyyə böhranının ən azı iki il sürəcəyini proqnozlaşdırırlar. Bu müddətdə əvvəlki illərdə neftin yüksək qiymətləri nəticəsində xəzinələri dolan və bir növ harınlayan Rusiya və İran kimi dövlətlərin, avtoritar, teokratik liderlərin kasıblaşması prosesi baş verəcək. Ötən ilin avqustunda Gürcüstana təcavüz edən Rusiyanın artıq ciddi maliyyə itkilərinə məruz qaldığı, ölkədən milyardlarla dollar xarici, yerli kapitalın çıxarıldığı məlumdur. Qlobal maliyyə böhranı da özünün təcavüzkar "enerji-şantaj" siyasətilə xüsusilə Avropanın canını boğazına yığan, Cənubi Qafqaz və Orta Asiya dövlətlərini hədələyən Putin Rusiyasının dizini yerə gətirməkdədir. Rusiyada iqtisadi böhran, sosial tələbli etiraz aksiyaları o qədər artıb ki, hətta Azərbaycan telekanalları da həmin xəbərlərə diqqət yetirməyə başlayıblar. Məsələn, dünən Moskvanın valyuta birjasında dolların kursu 36 rublu keçib, avro isə 45,9 rubla satılır. Bu o deməkdir ki, Putin hökumətinin rublun kursunu sabit saxlamaq üçün strateji ehtiyat fondundan ayırdığı 200 milyard dolların xərclənməsi ciddi nəticə verməyib. Qərb mətbuatı isə rus rublunun cəhənnəm yolunda olmasından yazır. "Le Fiqaro" bildirir ki, avro və dollar arasında oyun rublun belini qırır. Qeyd edək ki, hazırda Rusiyanın strateji ehtiyatları 386 milyard dollardır. Ötən ilin avqustunda isə bu rəqəb 600 milyard dollardan çox idi. ***** Vəziyyət o həddədir ki, Medvedyev-Putin cütlüyü şou xarakterli aksiyalara, dəstək mitinqləri keçirməyə əl atırlar. Demokratik dəyərləri inkar edən Medvedyev-Putin hakimiyyətinin aksiyaları Brejnevə "xalq rəğbətini" xatırladır, xalqın diktator Səddam Hüseyni, Fidel Kastronu, Şimali Koreya diktatoru Kim Çen İri "dəstəkləməsinə" bənzəyir. Aydın görünür ki, siyasi texnologiyalar vasitəsilə xalqın başını aldadıb hakimiyyətə gələn və ya hakimiyyəti bir-birinə ötürən Medvedyev-Putin cütlüyü nə qədər çalışsalar da bolşevik ənənlələrindən kənarlaşa bilmirlər. Şənbə günü hökumətin antiböhran addımlarını dəstəkləmək üçün hakim "Yedinaya Rossiya" partiyası Moskvada, Vladivostokda və başqa şəhərlərdə mitinqlər keçirib, inzibati yollarla aksiyaların kütləviliyini təmin olunub. İqtidarın Manej meydanına topladığı 10 min nəfərin qarşısına çıxan Gürcüstanın işğalına görə, "Kavaleriya" medalı almış Svyatoslav Ambrosimov, Olimpiya çempionu İrina Rodnina, Dumanın vitse-spikeri Artur Çilinqarov Putinin şəninə təriflər yağdırıblar. Dövlət Dumasının deputatı Andrey İsayev mitinqin məqsədini açıqlayıb: "Bu gün Rusiya bizə sırınan dünya maliyyə böhranının nəticələrilə mübarizə aparır. Amma bəziləri çalışırlar ki, biz bir-birimizlə mübarizə aparaq və nəticədə onillərlə geri düşək. Amma bu baş verməyəcək. Çünki biz birik, bizim iradəli prezidentimiz var. Hökumətin başında ən böyük partiyanın lideri, Rusiyanın ən populyar siyasətçisi durur". Mitinqin sonunda bəyanat qəbul olunub: "Biz radikalların və onların xarici sahiblərinin ölkəni Medvedyev-Putin kursundan döndərmək istiqamətində fəaliyyətlərini rədd edirik". Maraqlıdır ki, Putinin öz "müxalifəti" olan Rusiya Federasiyası Kommunist Partiyası və Rusiya Liberal Partiyası da bəyanatlar veriblər, dolayısıyla hökumətin siyasətini dəstəkləyiblər. Həmin günü müxalifət "Razı olmayanların günü" elan edib. Müxalifət Volqoqradda, Krasnodarda və başqa yerlərlə azsaylı da olsa, aksiyalar keçirə bilib. Narazı müxalifət qüvvələri kommunistlərin mitinqlərinə qoşulsalar da milis onları həbs edib. Eduard Limonov və Harri Kasparovun tərəfdarları ölkənin müxtəlif şəhərlərində hüquq-mühafizə orqanlarının təzyiqlərilə üzləşiblər. Rus ekspertləri vurğulayırlar ki, hakimiyyətin dəstək mitinqləri təşkil etməsinə baxmayaraq, bütün hallarda milyardlarla dolların itirilməsinə gətirib çıxaran siyasətə görə cavab vermək lazım gələcək. Bu cavabı isə Putin hökuməti verməlidir. Aydın görünür ki, dəstək mitinqləri təşkil edən Kremlin oliqarx hakimiyyəti müxalifəti və sosial tələblərlə küçələrə çıxan xalqı qabaqlamağa çalışır. Amma bu cəhdlərin nə qədər davam edəcəyi sual altındadır. ***** Əvəzində Kreml müxalifət mətbuatına qarşı hücumları gücləndirib, telekanallar tamamilə hakimiyyətin nəzarəti altındadır. Hətta hökumət internetə də nəzarəti ələ keçirməyə çalışır. Putinin mətbuat siyasəti etirazla qarşılanır. Son üç ildə 4 müxbiri öldürülən "Novoya qazeta" rəhbərliyi işçilərini sılahlandırmaq üçün hərəkətə keçib. Yanvarın sonunda qəzetə praktikaya gəlmiş müxbiri Anastasiya Baburova və vəkil Stanislav Markerovun qətli qətli qəzetin sahibi Aleksand Lebedevi qəzəbləndirib. Tanınmış insan hüquq müdafiəçisi Stanislav Markerov başından aldığı güllə ilə öldürülüb, qatil həmin vaxt Markerovun yanında olan gənc jurnalist qızı da qətlə yetirməkdən çəkinməyib. Merkelov 2000-ci ildə rus mayoru Yuri Budanovun zorlayıb, öldürdüyü çeçen qızı Elza Kunqayevanın ailəsinin vəkili idi. Yuri Budanova 10 il həbs cəzası verilsə də ötən həftə qəfildən azadlığa buraxılıb. Sonuncu cinayətdən sonra "Qorxmuruq" manşetiylə çıxan qəzetin rəhbəri "Qatillər cəsasız qaldığı üçün qorxmur. Amma qurbanları da qorxmur. Çünki başqasını müdafiə etmək məcburiyyətində qalanların qorxacaq başqa bir şeyi qalmaz" açıqlamasını verib. Xatırladaq ki, üç il əvvəl "Novoya Qazeta"ınn bir əməkdaşı çəkiclə öldürülüb, digərini zəhərləyiblər. Qəzetin siyasət müxbiri Anna Politkovskayanın ölümü isə təkcə Rusiyada deyil, bütün dünyada ciddi etirazlara səbəb olub. Bu dəfə insan hüquq müdafiəçisinin və gənc jurnalistin öldürülməsi Rusiya prezidenti Dmitri Medvedyevi narahat edib. O, ötən həftə qəzetin payçısı Mixail Qorbaçov və qəzetin baş redaktoru Dmitri Muratovla görüşüb. Mixail Qorboçov hadisəyə mınasibət bildirmədiyinə görə, prezident Dmitri Medvedyevi qınayıb. Dmitri Medvedyev isə "bir hüquqçu kimi deyirəm, hər hansı bir açıqlama verib istintaqa təsir göstərmək istəmədim"-deyib. Dmitri Muratov isə bildirib: "Ya özümüzü qoruyacağıq, ya bulvar qəzeti olacağıq. Gizli xidmətlərdən, faşizmdən, korrupsiyadan heç bəhs etməyəcəyik". Cənazə mərasimlərinə cəmi bir neçə yüz nəfərin qatılmasına etiraz edən qəzet əməkdaşları xalqın baş verənlərə laqeyd yanaşmasından hiddətləndiklərini bildiriblər. Qeyd edək ki, Beynəlxalq Mətbuat İnstitutunun hesabatında göstərilir ki, son 9 ildə Rusiyada 16 jurnalist qətlə yetirilib. "Yabloko" partiyasının mətbuat xidməti isə bildirib ki, jurnalistin qızın ölümünə etiraz edənlər Federal Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirib. Partiyanın gənlər təşkilatının üzvləri Anastasiya Baburovanın xatirəsini FTX-nin binası qarşısında ağızlarını bağlamaqla anıblar. Aksiya iştirakçılarının 13 nəfəri həbs olunub. Kreml isə KİV siyasətinə yenidən baxmaq niyyətindədir. Dünən məlum olub ki, Rusiya prezidenti Dmitri Medvedyev Dövlət Dumasına yeni qanun layihəsi təqdim etməyə hazırlaşır. Bu sənəd parlamentdəki müxalifət partiyalarının nümayəndələrini rəsmi telekanalların efirinə buraxmağa imkan verəcək. Qanun layihəsinə görə, ölkənin parlament partiyaları arasında kvotalar paylaşdırılacaq. Hər bir partiya "Rusiya" telekanalı və "Rusiya", "Mayak" radiostansiyaları vasitəsilə ictimaiyyətə öz mövqelərini çatdıracaqlar. Amma kovatanın necə bolüşdürüləcəyi hələ məlum deyil. Prezident adminstrasiyasında hazırlanan bu sənəd barədə məlumat verən mənbə "Nezavisimaya qazetaya" bildirib ki, hakim partiya vaxtın yarısını götürmək istəyir. Qalan vaxt isə digər parlament partiyaları arasında bərabər bölünəcək. İndi qüvvədə olan qaydalara görə, partiyalar "Rusiya" telekanalının "Parlament saatı" verilişində çıxış etmək imkanına malikdirlər. Partiyalar arasında efir vaxtı 2007-ci ildə keçirilən seçkilərin nəticələrinə görə müəyyənləşdirilib. Bu verilişdə əsasən "Yedinaya Rossiya"nın nümayəndələri danışır, digər partiyaların nümayəndələri isə yalnız bir neçə dəqiqə ərzində çıxış edirlər. "Nezavisimaya qazeta" vurğulayır ki, dövlət KİV-lərində parlament partiyalarına vaxt ayrılması haqqında oxşar qanun layihəsini RFKP da hazırlayıb. Amma kommunistlər prezidentin analoji sənəd irəli sürəcəyini bilib, öz variantlarını Dövlət Dumasının müzakirəsinə çıxarmayıblar. Bunun əvəzində kommunistlər prezidentin hazırladığı qanun layihəsi barədə öz fikirlərini bildirəcəklər. Ekspertlər qeyd edirlər ki, bir neçə ildir ki, hətta loyal müxalifətin meydanını daraldan Kremlin "yumşalmasının" səbəbləri vardır. Qlobal iqtisadi böhranın miqyası, bu böhranın qarşısını almaq istəyən, amma uğursuzluqla üzləşən Rusiya hökumətinin səhvləri ölkədə sosil-iqtisadi vəziyyəti kəskin şəkildə pisləşdirib. Rublun dəyərinin düşməsi, işsizliyin artması, iri müəssisələrin bağlanması fonunda Kreml nəzarətdə saxladığı alternativ fikirlə ictimaiyyətin qəzəbini soyutmağa, diqqətini yayındırmağa çalışır. İkinci bir tərəfdən, Barak Obamanın seçilməsi də avtoritar Rusiya rəhbərlərini görüntü də olsa, demokratikləşməyə məcbur edir. Bayram
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu