SON XƏBƏRLƏR

İSRAİL TÜRKİYƏNİN “HƏMAS”ı MÜDAFİƏ ETMƏSİNDƏN NARAHATDIR

2021.10.20, 07:36
İSRAİL TÜRKİYƏNİN “HƏMAS”ı MÜDAFİƏ ETMƏSİNDƏN NARAHATDIR

Gunaz.tv
İSRAİL TÜRKİYƏNİN “HƏMAS”ı MÜDAFİƏ ETMƏSİNDƏN NARAHATDIR “The Guardian”: “Ərdoğan odla oynayır” Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İsrail prezidenti Şimon Peres arasında Davosda baş vermiş qalmaqaldan sonra iki ölkə arasında münasibələrin necə inkişaf edəcəyi dünyada diqqətlə izlənilir. Belə ki, Türkiyə hazırda İsraili ən sərt tənqid edən ölkədir, lakin bu iki ölkə arasında sıx tərəfdaşlıq da mövcuddur. Xüsusən təhlükəsizlik və hərbi sahədə. Doğrudur, qalmaqaldan sonra İsrail prezidenti Ərdoğana telefon açıb və onunla aralarındakı mübahisəni keçmişdə buraxmağa çağırıb. Lakin bu heç də İsrailin və ABŞ-dakı yəhudi lobbisinin Türkiyə baş nazirinin sərt reaksiyasını həzm etdiyi mənasını vermir. Dünən İsrail xarici işlər naziri Tsipi Livni xəbərdarlıq bəyənatı ilə çıxış edərək deyib ki, Türkiyə İsrailə münasibətdə hörmətlə yanaşmalıdır: “Türkiyə ilə önəmli starteji münasibətlər içərisindəyik. Bu baxımdan küçə etirazlarına və Qəzza ilə bağlı nümayiş etdirilən çox sərt mövqeyə baxmayaraq, Türkiyə İsrailə qarşı hörmətli davranmalıdır”. Livni bəyan edib ki, istənilən mübahisəni yoluna qoymaq olar. Onun sözlərinə görə, tərəflər bir-biri ilə müzakirələri davam etdirməlidir. Bu zaman təkcə ortaq maraqları deyil, eyni zamanda mövqelər arasında fərqləri də nəzərə almalıdır. İsrail xarici işlər naziri əlavə edib ki, İran və “Həmas” bütün bölgə ölkələri üçün problemdir. Lakin Türkiyənin “Həmas”la münasibətləri İsraildə narahatlıq doğurur. Livni vurğulayıb ki, Türkiyə 2006-cı ildə Fələstində keçirilən seçkilərdən sonra “Həmas” heyətini rəsmən qəbul edən ilk ölkədir. O, “Həmas”ın bütün yəhudiləri düşmən elan etdiyini və İsrailin varlığını qəbul etmədiyini xatırladaraq Türkiyənin bu mövqeyinin narahatlıq doğurduğunu deyib. Ərdoğan isə İsraillə münasibətlər və Pereslə qalmaqal haqda “Newsweek”ə müsahibəsində danışıb. O deyib ki, hər zaman yəhudi düşmənçiliyinə qarşı çıxıb. Bununla belə Ərdoğan dünyanın Fəlsətin xalqının siyasi iradəsinə hörmətlə yanaşmalı olduğunu da bildirib: “Əgər dünya ”Həmas"a siyasi oyunçu olmağa imkan versəydi, qazandıqları seçkilərədn sonra bu gün indiki durumda olmazdılar". Türkiyənin baş naziri deyib ki, Qəzza hadsələrinə reaksiyasından və İsrail prezidenti ilə mübahisədən sonra antisemit olmaqda ittiham edilir: “Ancaq mən hər zaman antisemitizmə qarşı çıxdım. Bu günkü İsrail hökumətinə qarşı mövqeyim onların bizə qarşı hörmətsiz davranmasından irəli gəlir”. Bu arada Amerikadakı yəhudi təşkilatları Ərdoğanın Pereslə mübahisəsi ilə bağlı reaksiya bildirməkdə davam edirlər. Amerikadakı nüfuzlu yəhudi təşkilatlarından olan “Anti-Defemation League” Ərdoğanın İsrail prezidentinə qarşı ifadələrinin narahatlıq doğurduğunu bəyan edib. Təşkilatın rəhbəri Abraham Foxam bildirib ki, Türkiyənin baş nazirinin sərt mövqeyi tərəflər arasındakı münasibətləri daha da gərginləşdirəcək. Bununla belə Foxam mübahisədən sonra İsrail prezidentinin Ərdoğana zəng etməsini “məmuniyyət doğuracaq addım” adlandırıb. Britaniyanın nüfuzlu “The Guardian” qəzeti isə yazıb ki, Türkiyənin baş naziri odla oynayır. Qəzet hesab edir ki, Türkiyə bu mövqeyi ilə Yaxın Şərqdə gərgin səylərdən sonra əldə etdiyi vasitəçilik rolunun üzərindən xətt çəkə bilər. Məqalədə deyildiyinə görə, AKP hökuməti Osmanlı ənənələrinə uyğun olaraq Türkiyənin yaxın qonşuları ilə özəl münasibətlər qurmaq istəyir. Ancaq İsrailə qarşı bu cür sərt mövqe Türkiyənin uzunmüddətli maraqları üçün təhlükə yaradacaq. Almaniyanın “Die Welt” qəzeti isə yazıb ki, Türkiyə Qərbdən uzaqlaşır və İsrailə qarşı islam ölkələrinin vəkilliyini üzərinə götürür. Qəzetin yazdığına görə, İsrail və yəhudi lobbisi Ərdoğanın bu çıxışını əsla unutmayacaq. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar