SON XƏBƏRLƏR

İsrail Türkiyəyə müasir silahlar satmaqdan imtina edə bilər

2021.10.20, 07:36
İsrail Türkiyəyə müasir silahlar satmaqdan imtina edə bilər

Gunaz.tv
İsrail Türkiyəyə müasir silahlar satmaqdan imtina edə bilər İsrail Türkiyəyə müasir silah sistemləri satmağı dayandıra bilər. APA-nın məlumatına görə, bunu “The Jerusalem Post” qəzetinə açıqlamasında adının çəkilməsini istəməyən hərbi mənbə deyib. “İsrail Türkiyənin silah tələblərinin rədd edə bilər” başlıqlı yazıda bildirilir ki, iki ölkə arasında diplomatik münasibətlər dağılmağa davam edərkən digər sahələrdə də mövcud olan yaxın əlaqələrə yenidən baxılır. İki ölkənin orduları arasında güclü əlaqələrin olduğunu xatırladan qəzet yazıb ki, İsraildə türk hərbçilərinin hökumətə təsir gücünü itirməkdə olmasından narahatlıq duyulur. İsrail Müdafiə Nazirliyindəki mənbə “İordaniya və Misirə yüksək texnologiyalı silahlar satmırıq, Türkiyəyə də satmamağa qərar verə bilərik“, deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar