SON XƏBƏRLƏR

Makərim Şirazi: Ərdoğana Nobel mükafatı verilsin

2021.10.20, 07:36
Makərim Şirazi: Ərdoğana Nobel mükafatı verilsin

Gunaz.tv
“Ərdoğana Nobel mükafatı verilsin” erdo-peres.jpg Türkiyə baş nazirinin Davosdakı addımı İranın xoşuna gəlib İran İslam Respublikasının spikeri Əli Laricani Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Davosda keçirilən diskussiya zamanı forumu yarımçıq tərk etməsini alqışlayıb. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Laricani Fələstin xalqının dəstəkləyən Ərdorğanın addımına tarixin qiymət verəcəyini bildirib. Spiker qeyd edib ki, Türkiyə baş nazirinin nitqi dünyanın diqqətini bir daha İsrailin Fələstində törətdiyi cinayətlərə cəlb edəcək: “İran parlamenti bu şəxsi alqışlayır, onunla fəxr edir və onun atdığı addımları müdafiə edir”. İranın ali dini rəhbərliyinə daxil olan ayətulla Nazir Makərim Şirazi isə Ərdoğanın Nobel mükafatına layiq olduğunu bəyan edib: “Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda cəsur addımına görə onu Nobel mükafatına təqdim etmək lazımdır”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar