SON XƏBƏRLƏR

ƏRDOĞAN TEHRANIN FƏXRİ VƏTƏNDAŞLIĞINA LAYİQ GÖRÜLÜB

2021.10.20, 07:36
ƏRDOĞAN TEHRANIN FƏXRİ VƏTƏNDAŞLIĞINA LAYİQ GÖRÜLÜB

Gunaz.tv
ƏRDOĞAN TEHRANIN FƏXRİ VƏTƏNDAŞLIĞINA LAYİQ GÖRÜLÜB th040925950.jpg Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Tehranın fəxri vətəndaşlığına layiq görülüb. Bunu Tehran meri Məhəmmədbağır Qalibaf fevralın 2-də Ərdoğana yazdığı məktubunda açıqlayıb. Ərdoğan «Media forum» saytının məlumatına görə, Tehran meri baş nazirin Davos forumundakı hərəkətini yüksək qiymətləndirib: «Qüdsü işğal edən rejimin Davosa göndərdiyi nümayəndəsinə cavab olaraq cəsarətli və ağıllı hərəktiniz dünyanın bütün azadlıqsevər insanlarını sevindirdi. Siz göstərdiniz ki, Türkiyənin cəsur, mətin, vüqarlı, eyni zamanda köməksiz insanlara, o cümlədən qadın və uşaqlara qarşı törədilən cinayətlərə susmayan baş naziri var». Məktubunda Türkiyə xalqına da təşəkkür edən Qalibaf Ərdoğanın Tehranın fəxri vətəndaşlığına layiq görülməsindən iftixar duyduğunu söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar