SON XƏBƏRLƏR

SİYAVUŞ NOVRUZOV TÜRKİYƏ TÜRKCƏSİNƏ EFİR QADAĞASINA QARŞI: «KİM TÜRK DİLİNİ BAŞA DÜŞMÜRSƏ, SOYKÖKÜNÜ ARAŞDIRSIN»

2021.10.20, 07:36
SİYAVUŞ NOVRUZOV TÜRKİYƏ TÜRKCƏSİNƏ EFİR QADAĞASINA QARŞI: «KİM TÜRK DİLİNİ BAŞA DÜŞMÜRSƏ, SOYKÖKÜNÜ ARAŞDIRSIN»

Gunaz.tv
SİYAVUŞ NOVRUZOV TÜRKİYƏ TÜRKCƏSİNƏ EFİR QADAĞASINA QARŞI: «KİM TÜRK DİLİNİ BAŞA DÜŞMÜRSƏ, SOYKÖKÜNÜ ARAŞDIRSIN» th011605977.jpg Bu gün Milli Məclisin iclasında söz alan Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov Azərbaycan televiziyalarında Türkiyə seriallarının tərcümə olunaraq yayımlanmasına münasibət bildirib. «Media forum»un parlament müxbiri xəbər verir ki, deputat Milli Məclis sədri Oqtay Əsədova müraciət edərək bu məsələyə diqqət ayırmasını istəyib. Siyavuş Novruzov Qərarın hansı zərurətdən ortaya çıxdığını anlamadığını vurğulayan S.Novruzov «Biz türk xalqıyıq, başımızın üstünə asdığımız bayrağımızda da türkçülük rəmzi əks olunub» deyib: «Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi ayrı-ayrı dillər deyil, eyni dildir, sadəcə, ləhcə fərqi var. Bu qərar o deməkdir ki, serial bir ləhcədən başqa ləhcəyə tərcümə ediləcək. Kim türk dilini başa düşmürsə, getsin öz soykökünü araşdırsın...» MM sədri deputatın dediklərinə reaksiya verməsə də, həmkarları onu alqışlamaqla həmrəylik nümayiş etdiriblər. Milli Televiziya və Radio Şurasının ötən il dekabrın 30-da çıxardığı qəti qərarla Azərbaycan teleməkanında heç bir xarici dildə - o cümlədən Türkiyə türkcəsində - film, serial yayımlana bilməz. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar