SON XƏBƏRLƏR

Tatar TÜRK qızı dünyanın 2-ci raketkası oldu

2021.10.20, 07:36
Tatar TÜRK qızı dünyanın 2-ci raketkası oldu

Gunaz.tv
Tatar qızı dünyanın 2-ci raketkası oldu safina.jpg Safina ancaq Uilyamsa uduzur Rusiyalı tennisçi Dinara Safina Qadın Tennis Assosiasiyasının (WTA) fevralın 2-də dərc olunan reytinqində 2-ci yerə qalxıb. Lent.az-ın WTA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Safina Avstraliyanın açıq çempionatında finala qədər yüksəlməsi sayəsində ikinci yeri tuta bilib. Hazırda o, ancaq “Australian Open”in qalibi, amerikalı Serena Uilyamsa uduzur. “Australian Open” turnirinə qədər Safina reytinqdə 3-cü, Uilyams isə 2-ci olub. Melburnda uğurlu çıxış hər iki tennisçinin reytinq vəziyyətini düzəltməsinə gətirib çıxarıb. Buna qədər 1-ci olan serbiyalı Yelena Yankoviç isə 3-cü yerə düşüb. 4-cü yeri daha bir rusiyalı Yelena Dementyeva tutur. Qeyd edək ki, ilk onluqda rusiyalı tennisçilər dominantlıq edirlər. 5-ci yerdə Vera Zvonyarova, 7-ci yerdə Svetlana Kuznetsova, 10-cu yerdə isə Nadejda Petrova gəlir. Ən məşhur rusiyalı tennisçi Mariya Şarapova isə reytinqdə 9-cu yerdən 17-ci yerə düşüb. Qeyd edək ki, çiynindən ağır zədələnən Şarapova ötən ilin avqustundan korta çıxmır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar