SON XƏBƏRLƏR

TÜRK DÖVLƏTLƏRİNİN PARLAMENT JURNALİSTLƏR BİRLİYİNİN YARADILMASI İDEYASI GERÇƏKLƏŞİR

2021.10.20, 07:36
TÜRK DÖVLƏTLƏRİNİN PARLAMENT JURNALİSTLƏR BİRLİYİNİN YARADILMASI İDEYASI GERÇƏKLƏŞİR

Gunaz.tv
Türkdilli Dövlətlərin Parlament Jurnalistlər Birliyinin yaradılması Bakı sammitində müzakirə olunacaq. Məlumatı «Media forum» saytına Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı verib. Deputat, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov jurnalistlərlə söhbətində bildirib ki, bu ilin sentyabrında Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Parlament Assambleyasının ikinci iclasında Türk Dövlətləri Parlament Jurnalistlərinin yaradılması məsələsi qaldırılacaq: «Bu məsələ İstanbul sammitində lazımi səviyyədə qabardılmayıb. Mən çox istərdim ki, belə bir qurum fəaliyyət göstərsin. Çünki Parlament Assambleyası nə qədər məhsuldar olsa da, ilk mərhələlərdə onun fəaliyyətini və qarşısına qoyduğu məqsədi cəmiyyətə çatdırmaq üçün türk dünyası parlament jurnalistlərinin həmrəyliyi və birgə əməkdaşlığı lazımdır». N.Cəfərov qeyd edib ki, İstanbulda bu məsələyə o qədər də diqqət ayıra bilməyiblər: «Ancaq Bakıda yəqin ki, məsələ ətraflı müzakirə ediləcək. Çox şadam ki, bu ideyanı Azərbayan tərəfi irəli sürüb». Türkdilli Dövlətləri Parlament Jurnalistləri Birliyinin yaradılması ideyası ilə bağlı ötən ilin sentyabrında TJB-nin sədri Elşad Eyvazlı və qurumun Türk Dünyası Jurnalistləri ilə Əlaqələr Departamentinin rəhbəri Aqil Camal Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Bülənt Uğurla görüşüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar