SON XƏBƏRLƏR

HAŞİMİ RƏFSƏNCANİ: «ƏRDOĞANIN BU HƏRƏKƏTİ DÜNYADA BOMBA KİMİ AÇILDI»

2021.10.20, 07:36
HAŞİMİ RƏFSƏNCANİ: «ƏRDOĞANIN BU HƏRƏKƏTİ DÜNYADA BOMBA KİMİ AÇILDI»

Gunaz.tv
HAŞİMİ RƏFSƏNCANİ: «ƏRDOĞANIN BU HƏRƏKƏTİ DÜNYADA BOMBA KİMİ AÇILDI» refsencani22.jpg Yanvarın 30-da Tehranın cümə namazında çıxış edən keçmiş prezident, Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncani Rəcəb Teyyub Ərdoğanla İsrail prezidenti Şimon Peres arasında dünənkı qalmaqala toxunaraq Türkiyənin baş nazirinə təşəkkürünü bildirib. Dünən Davosda «Qəzza bölgəsi: Yaxın Şərqdə sülhə necə nail olmalı?» mövzusunda keçirilən müzakirələrdə yaşananları şərh edən Haşimi Rəfsəncani Türkiyə baş nazirinin İsrail prezidentinə etirazını dəyərləndirdiyini vurğulayıb: «Ərdoğanın bu hərəkəti dünyada bomba kimi açıldı». Rəfsəncani Davosu tərk edərək Türkiyəyə qayıdan Ərdoğanı İstanbul hava limanında coşğuyla qarşlayan türk vətəndaşlarını da alqışlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar