SON XƏBƏRLƏR

Əl-Baradei Tehran və Vaşinqtonu birbaşa danışıqlara çağırdı

2021.10.20, 07:36
Əl-Baradei Tehran və Vaşinqtonu birbaşa danışıqlara çağırdı

Gunaz.tv
Əl-Baradei Tehran və Vaşinqtonu birbaşa danışıqlara çağırdı Atom Energetikası üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Məhəmməd əl-Baradei ABŞ və İran arasında dialoqun vacibliyinə əmindir. Lent.az-ın məlumatına görə, o, bu barədə “Newsweek” həftəliyinə müsahibəsi zamanı bildirib. Əl-Baradei səhv yolda olduqlarını etiraf edib: “Son altı il ərzində daima təkrar edirəm ki, Qərb, xüsusən də ABŞ-la İran arasında etimada əsaslanan münasibətlərin qurulması siyasəti uğursuzluğa düçar olub. Biz bir addım belə qabağa gedə bilməmişik”. MAQATE baş direktorunun fikrincə, bu, Vaşinqton və Tehran arasında birbaşa danışıqların olmaması ilə bağlıdır: “Prezident Obama bəyan edib ki, İranla heç bir ilkin şərt olmadan və qarşılıqlı hörmətə əsaslanan dialoq qurmağa hazırdır. Amma hesab edirəm ki, bu, bir qədər gecikmiş qərardır. İranla qamçı və kökə siyasətindən istifadə edərək eşşək kimi davranmaq olmaz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar