SON XƏBƏRLƏR

İran adlanan yerdə qadın fəal həbs edilib

2021.10.20, 07:36
İran adlanan yerdə qadın fəal həbs edilib

Gunaz.tv
İranda qadın fəal həbs edilib hebs.jpg İran polisi ölkədə qadınların tanınmış hüquq müdafiəçisini həbs edib. Həmin şəxs qadınlara qarşı ədalətsizliyə yol açan qanunların dəyişdirilməsi kampaniyasında iştirak edirdi. Fəal bu gün Tehranın şimalındakı Darakeh dağlarında yaxalanıb. Fransa Xəbər Agentliyi bildirir ki, həbs edilən qadının adı Nafiseh Azaddır. O, “Bir Milyon İmza” kampaniyasında iştirak edib. 2006-cı ildə başlayan bu kampaniya ailə qurmaqda, boşanmaqda və həyatın başqa aspektlərində İran qadınlarına bərabər hüquqların verilməsinə çağırır. İran hökuməti keçən il də eyni kampaniyanın iştirakçısı olan bir neçə qadını həbs edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar