SON XƏBƏRLƏR

Türkiyə və Ermənistan münasibətləri normallaşdırmağa çalışır

2021.10.20, 07:36
Türkiyə və Ermənistan münasibətləri normallaşdırmağa çalışır

Gunaz.tv
Türkiyə və Ermənistan münasibətləri normallaşdırmağa çalışır ap_turkey_erdogan_11nov08_02.jpg Ermənistan rəsmiləri deyir ki, prezident Serj Sarkisyan və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atırlar. Ermənistan prezidenti deyib ki, hər iki lider xarici işlər nazirlərinə problemləri həll etmək istiqamətdə fəaliyyəti gücləndirməyi tapşırıb. Cənab Ərdoğan və cənab Sarkisyan Davos İqtisadi Forumu çərçivəsində dünən görüşüblər. Ermənistan prezidenti həm Ankara, həm də Yerevanın danışıqları nikbin hesab etdiyini dilə gətirib. Ermənistan mətbuatı cənab Sarkisyana istinadən bildirib ki, baş nazir Ərdoğanın ölkələr arasında münasibətləri inkişaf etdirmək istəyi yaxşı işarədir.Türkiyə prezidenti Abdulla Gül sentyabrda cənab Sarkisyanla görüşmüşdü. O, həm də Ermənsitana səfər edən ilk türk lideri olmuşdu.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar