SON XƏBƏRLƏR

«Yeni Müsavat» Müsavatdan köçdü

2021.10.20, 07:36
«Yeni Müsavat» Müsavatdan köçdü

Gunaz.tv
«Yeni Müsavat» Müsavatdan köçdü Qəzetin fevralın 2-də işıq üzü görəcək sayı təzə ofisdə hazırlanır Fevralın 1-dən «Yeni Müsavat» qəzeti metronun «Neftçilər» stansiyası yaxınlığında yerləşən ofisdə fəaliyyət göstərəcək. Dərnəgül qəsəbəsindən- Müsavat Partiyasının qərargahından köç başa çatıb və qəzetin fevralın 2-də işıq üzü görəcək sayı təzə ofisdə hazırlanır. Qəzetin redaktoru Nazim Sabiroğlu «Media forum» saytına bildirib ki, 12 mərtəbəli yeni tikilinin 2-ci mərtəbəsində yerləşən redaksiyanın 250 kvadratmetr sahəsi var: «Rahatlıqdır». Əsası 1989-cu ildə qoyulmuş «Yeni Müsavat» qəzeti 1993-cü ildən Müsavat Partiyasının başqanı İsa Qəmbərin təsisçiliyi ilə çıxır. Qısa fasilələr nəzərə alınmazsa, son 15-16 ildə «Yeni Müsavat»ın redaksiyası Müsavat Partiyasının qərargahlarında yerləşib. Yanvarın 16-da baş redaktor Rauf Arifoğlu 2009-cu il ərzində qəzetin yeni ofisə köçə biləcəyini açıqlayıb. O, Müsavat Partiyasının ofisindən çıxmaqla qəzetin müxalif kursunun və Müsavata özəl münasibətinin dəyişməyəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar