SON XƏBƏRLƏR

Davosdakı hadisə üzərinə . Güntay Gəncalp

2021.10.20, 07:36
Davosdakı hadisə üzərinə . Güntay Gəncalp

Gunaz.tv
Güntay Gəncalp Davosdakı hadisə üzərinə Birinci Dünya savaşı sürərkən, ərəblər türk ordusunu arxadan vurdular. Yüzlərcə türk əsgəri fələstində öldürüldü. “Türklər yurdumuzu tərk etsinlər, biz burda yəhudilərlə bir yerədə yaşaya bilərik, biz eyni soydan, İbrahim soyundanıq. Türklər yurudumuzdan dəf olsunlar!”- deyirdilər ərəblər. Türk ordusu Orta Doğudan çıxdığı gündən bu yana orada qan durmaq bilmir. Bu gün Türkiyə islamçıları tarixi ya unutmuş, ya da tarix bilgisindən yoxsun kimi görünməkdədirlər. Bu gün İranın və ərəb ölkələrinin dünyada bir tək düşməni var o da sekular Türkiyə cümhuriyətidir. Çünkü Türkiyənin sekular strukturu bu ölkələri gerçəkdən rahatsiz etməkdidədir. İslam ölkələrində zülm altında yaşayan aydınlar və millətlər Türkiyəni qurtuluş örnəyi olaraq görməkdədirlər. İslam ölkələri dövlətlərini də narahat edən budur. Bu üzdən də İslam ölkələri ortalıqda türkiyəni xərcləmək istəyirlər. Türkiyəyə tarixi bir mission da biçirlər. Amma nədən o tarixi missionu nüfusu Türkiyədən də daha artıq olan və atom bombasına sahib Pakistandan ummurlar? Türkiyə bir türk dövləti və türk yurdu olması səbəbi ilə onun başına gələcəklər bizi də istər-istəməz ilgiləndirir. Çünkü Türkiyə zərərli çıxarsa bizlər də böyük zərərə uğrarıq. “İlan vuran ala çatıdan qorxar” kimi ata sözündən yola çıxaraq, Türkiyənin həm laik yapısına, həm uluslar arası ilişkilərdə dinçiliyin Türkiyəyə zərər verməsi bizləri də əndişələndirir. 1948-ci ildə İsrail dövlətinin qurulmasında ərəb dövlətlərinin özlərinin də rolu olmuşdur. İndiki Şeyx Fəhədin dədəsi və digər ərəb dövlət başçılarının görüşləri bu şəkildə idi: Əgər tarixin axışı içində bütün dünya müsəlmanlaşacaqsa, demək yəhudilər də müsəlmanlaşacaqlar. Əgər belədirsə niyə yəhudi azınlığının dövlət qurmasına əngəl olalım? Onlarda bir yerə toplaşıb burada müsəlmanlaşsınlar və zənginlikləri də islam yolunda xərclənsin. Tarixdə bir çox yəhudinin islamı qəbul etməsini də bu məntiqlərini təfsir etmək üçün ortaya qoyurdular. Bu şəkildə də İsrail dövlətinin qurulmasında sadəcə yəhudilərin öz təlaşları, onların mütəfiqlərinin himayəsi təsirli olmamış, həm də ərəblərin rolu olmuşdur. Durum bu şəkildə isə nədən ərəblərin etdiyi xətaların bədəlini türk milləti ödəməlidir? Türkiyənin Qəzzəyə göstərdiyi münasibət nədən istisna təşkil etməlidir? Nədən Türkiyə Doğu Türkistanda qətliam törədən Çin dövlətinə, Çeçənləri məhv edən Rusiyaya, İranda 2006-cı ildə may hərəkətində fars rejimi tərəfindən qətl edilən türklərlə bağlı İrana etiraz etmir, ancaq Qəzzəyə etiraz edir? Nədən? Söz qonusu ədalətdirsə, o zaman bütün dünyanın hər yerində ədalətsizlik olduğunda Türkiyə Cümhuriyəti başbakanının xanımı dünya prezidentlərinin xanımlarını dəvət edib onların qarşısında göz yaşları axıtmalıdır. Bu iş edilirmi? Yoxsa Qəzzədə İran dəstəkli terror örgütü HAMASın törətdiyi terrorların bədəlini bizmi ödəməliyik?! Durum bu şəkildə davam edərsə, sabah türkiyənin ekonomik münasibətlərində, uluslar arası sorunlarının çözümündə dövlətlər HAMASı göstərir və gedin HAMASla çözün deyə bilərlər. Türk millətinin çıxarları bir terror örgütünün şıltaqlığına fəda edilməlidirmi? Bu sula cavab verilməli. Ya da bizim HAMAS terror örgütünün sözcülüyünü etmə haqqımız varmı? İsrail Cümhur başqanı peres deyir ki “Ərəb ölkələrinin dövlət başçıları bizə deyirlər ki, bu HAMASı bitirin.” Heç bir ərəb dövlət başçısı da bunu təkzib etmir. Çünkü gerçəkdən də Orta Doğuda qan tökülməsinin səbəbkarlarından biri də İran dəstəkli terror örgütü HAMASdır. Durum bu şəkildə ikən iqtisadi, hərbi texnologiya baxımdan möhtac olduğumuz ölkələrlə aramızda kötü münasibət yaratmaq kimə xidmət edər? Gələlim Davos hadisəsinə. Davosdakı olayların təməli daha öncədən atılmışdı. Bu hadisə bir yerdə patlaq verəcəkdi. Çünkü Türkiyənin rəsmiləri açıqca İsraili qınayır, HAMAS haqqında bir şey söyləmirdilər. Bəlkə də arxa planda HAMASı tənqid etmişlər, ancaq görünürdə buna zahirən belə bir şey olmadı. HAMASın atdığı roketlər də İsrailin atdığı roketlər kimi çocuq öldürə bilir. Peres barmaqları ilə Erdoğanı göstərərk yüksək səslə təhdidkar danışması əlbəttə kimi bütün türklüyün qürurunu zədələmişdir və onun cavabı orada verilməli idi. Erdoğan dinçi kimliyindən asılı olmayaraq Türk millətini təmsil edir və Türk millətinin qüruru ayaqlar altına səriləməz bütün dünyanın gözü önündə. DAVOS olayını AKP hökümətinin Orta Doğu ilə bağlı yürütdüyü yanlış politikası öncədən hazırlamışdı. Türkiyə qamuoyunu İsrailə qarşı hazırlayıb və HAMASın xətalarını dilə gətirməzkən, uyğun bir yerdə əlbəttə ki, adama “İstanbulu bombalasalar nə yapardınız?” sorusunu sorarlar. Davosdakı krizin altyapısını Ərdoğan İstanbuldakı və Ankaradakı açıqlamaları ilə hazırlamışdı. Erdoğanın oradakı davranışı onu kötlənin gözündə böyütdü. Ancaq kütlənin ağlı olmaz, kötlə keçici duyğuları ilə hərəkət edər. Dovlətin bəqası və politikası küçələrdəki köpük duyğularla yönilməz, yönətilməməlidir. Böyük ehtimala görə qarşımızdakı seçimlərdə bu hadisə AKPnın daha da uğurlu olacağına səbəb olacaq. Bu uğurdan başı gicəllənən AKP Türkiyənin mənafelərinə bu kimi yanlış davranışları ilə böyük zərərlər verə bilər. Başbakanlar gəlib gedərlər, ancaq onların etdiyi xətalar gəlib getməzlər. Qarşı dövlətlərin güvənlik orqanlarının arşivində qalar və uyğun bir zamanda bunun intiqamını alarlar. Arzumuz budur ki, AKP-nin dinçi və islam qardaşılığından yana olan politikası millətimizi bundan artıq zərərə uğratmasın. Bəziləri “İrana nə etdilər ki, Türkiyəyə də bir şey etsinlər.” Deyə düşünə bilirlər. Ancaq biz Türkiyənin İran kimi İslam orta çağının qaranlıqlarına gömülməsini istəmirik. İrana nələr etmədilər ki? İran nə zaman yaşanılır bir ölkə halına gələcək?

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar