SON XƏBƏRLƏR

PARLAMENT SƏDRİ DEPUTATLARIN QƏRARINI ETİBARSIZ SAYAN AYƏTULLAHA CAVAB VERDİ

2021.10.20, 07:36
PARLAMENT SƏDRİ DEPUTATLARIN QƏRARINI ETİBARSIZ SAYAN AYƏTULLAHA CAVAB VERDİ

Gunaz.tv
PARLAMENT SƏDRİ DEPUTATLARIN QƏRARINI ETİBARSIZ SAYAN AYƏTULLAHA CAVAB VERDİ 2009-01-30 - 17:52:00 çap versiyası İran parlamentinin sədri Əli Laricani qadınların vəfat etmiş ərlərinin var-dövlətindən səkkizdə bir həcmdə pay almasını nəzərdə tutan, onların qanpulunu kişilərin qanpulu ilə eyniləşdirən, həmçinin qadının həyat yoldaşının torpaq mülkiyyətindən pay götürməsini təsdiqləyən qanun layihəsinin qəbuluna etiraz edən ayətullah Sübhaniyə cavab verib. Əli Laricani Qum Dini Mərkəzinin məşhur ruhanilərindən olan ayətullah Cəfər Sübhani İran parlamentinin sədri Ə.Laricaniyə ünvanladığı məktubda qanuna etiraz bildirmişdi: «Zövcənin kişidən miras aparması və qadınlarla kişilərin qanpulu məsələsi fiqhi (dini) məsələ sayıldığı üçün bu barədə yalnız üləma qərar qəbul edə bilər. Belə məsələlərdə yalnız onlara müraciət etmək lazımdır. Bu işin parlamentə aidiyyəti yoxdur. Şəriətə aid məsələlərdə səs çoxluğu əhəmiyyət daşımır. Deputatların da qərarı etibarlı sayılmır. Bunu möhtərəm deputatların nəzərinə çatdırın ki, bir daha belə şeylər təkrarlanmasın». «Media forum» saytının məlumatına görə, İran parlamentinin sədri Ə.Laricani cavabında dini rəhbər ayətullah Əli Xamneyinin nəzərinə uyğun hərəkət etdiklərini bildirib: «Qadının mirasdan, o cümlədən də kişinin torpaq mirasından pay almasını nəzərdə tutan qanuna Konstitusiyaya Nəzarət Şurasının müraciəti əsasında dini rəhbər razılıq verib. İslami Şura Məclisi də məhz dini rəhbərin müvafiq nəzəri əsasında qanun qəbul edib». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar