SON XƏBƏRLƏR

SERJ SƏRKİSYAN TÜRK JURNALİSTİN SUALINA ERMƏNİCƏ CAVAB VERDİ

2021.10.20, 07:36
SERJ SƏRKİSYAN TÜRK JURNALİSTİN SUALINA ERMƏNİCƏ CAVAB VERDİ

Gunaz.tv
SERJ SƏRKİSYAN TÜRK JURNALİSTİN SUALINA ERMƏNİCƏ CAVAB VERDİ “Əvvəl Azərbaycan dilində danışa bilirdim, amma 20 ildir danışmıram” 2651.jpg Dünən axşam Dünya İqtisadi Forumunun keçirildiyi İsveçrənin Davos qəsəbəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. APA-nın “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, liderlərin görüşündən əvvəl iki ölkənin xarici işlər nazirləri Əli Babacan və Edvard Nalbandyan bir araya gəliblər. Davosda ayaqüstü Türkiyə jurnalistlərinin suallarını cavablandıran S.Sərkisyan görüşün iki ölkə münasibətlərində müsbət bir addım olacağını düşündüyünü söyləyib. O, bir jurnalistin “türkcə bildiyinizdən xəbərdarıq. Türk dilində bir cümləlik mesaj verə bilərsinizmi” sualına ermənicə cavab verib: “Səmimi olaraq deyirəm ki, türk dilini anlamıram. Əvvəl Azərbaycan dilində danışa bilirdim, amma 20 ildir danışmıram”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar