SON XƏBƏRLƏR

İran uşaqlarımızı "zəhərləməyə" hazırlaşır

2021.10.20, 07:36
İran uşaqlarımızı "zəhərləməyə" hazırlaşır

Gunaz.tv
İran uşaqlarımızı "zəhərləməyə" hazırlaşır Bu ölkənin "Səhər" kanalı Azərbaycan uşaqları üçün yeni verilişlərin yayımına başlayacaq Cəmaləddin İranlı rejissor İbrahim Məhəmmədi balaca uşaqlar üçün "Günəbaxan" adlı verilişinin yeni versiyasını hazırlayıb və İranın "Səhər" kanalında yayımlanacaq. Bu barədə cümə axşamı İranın "Fars News" agentliyi məlumat yayıb. "Səhər" kanalının mətbuat xidmətinin məlumatına əsasən, "Günəbaxan" verilişinin üçüncü dövr efir çəkilişləri sona çatıb. Yeni veriliş hər biri 15 dəqiqə olmaqla 90 hissədən ibarətdir. Verilişin hazırda montaj işləri tamamlanmaqdadır və Novruz bayramından sonra efirə çıxacaq. Verilişin rejissoru Məhəmmədi bildirib ki, "Günəbaxan" verilişində uşaqların əylənməsi ilə yanaşı, onların təlim-tərbiyəsi ilə bağlı süjetlər də veriləcək. Verilişdə sadə, başa düşülən Azərbaycan dilində uşaqlara dini təlimlər də öyrədiləcək. Onun sözlərinə görə, dini təlimlər müxtəlif əyləncələr, nağıllar, dini hekayələr və müxtəlif sual-cavab vasitələrilə Azərbaycanın yeniyetmə və körpələrinə çatdırılacaq. Xatırladaq ki, İranın "Səhər" kanalı Azərbaycanın milli və dövlət maraqları əleyhinə təbliğat aparmaq, ölkəmizə qarşı ideoloji və informasiya savaşının həyata keçirilməsi üçün yaradılmış televiziya qurumudur. "Səhər" kanalı əsasən Azərbaycan Respublikasının İranla həmsərhədd ərazilərində yayımlanır. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar