SON XƏBƏRLƏR

Moskva Qafqaz səmasını nəzarətə almaq istəyir

2021.10.20, 07:36
Moskva Qafqaz səmasını nəzarətə almaq istəyir

Gunaz.tv
Moskva Qafqaz səmasını nəzarətə almaq istəyir Rusiya Abxaziyada hərbi aviasiya qruplaşması yerləşdirəcək Rusiya müstəqil dövlət kimi tanıdığı Abxaziya ərazisində yaratdığı hərbi bazada HHQ aviasiya qruplaşmasını yerləşdirməyi planlaşdırır. Bu barədə "İnterfaks" agentliyinə Moskvadakı hərbi-diplomatik mənbədən bildiriblər. Mənbə Moskvanın Abxaziyada 20-yə yaxın hərbi təyyarə, o cümlədən Su-27, Su-25 qırıcıları və hərbi-nəqliyyat təyyarəsi yerləşdirmək istədiyini deyib: "Oçamçirada Qara dəniz donanması gəmiləri üçün bazanın yaradılması, Qudauta rayonundakı Bombora aerodromunda isə Rusiya aviaqruplaşmasının yerləşdirilməsi məsələsi abxaz tərəfi ilə müzakirə olunur" (APA). Mənbə Bombora aerodromunun Qafqazda və Qara dəniz hövzəsində ən böyük və ən önəmli hərbi aerodrom olduğunu bildirib: "Orada aviasiya qruplaşması yerləşdirilməsi ciddi vəsait tələb etməyən işdir. Çünki bütün lazımi yerüstü infrastruktur mövcuddur". Qeyd edək ki, Bombora aerodromunun uçuş-enmə zolağının uzunluğu 4 kilometrdir. Zolağın dəniz sahilindən cəmi 60-70 metr aralı olması təyyarələrə havaya qalxdıqdan sonra alçaqdan uçmaq imkanı yaradır ki, bu da onların radara düşməsini çətinləşdirir. Aerodrom bütün növ hərbi və hərbi-nəqliyyat təyyarələrini qəbul etmək imkanına malikdir. Sovet dövründə burada SSRİ HHQ-nin qırıcı-bombardmançı və nəqliyyat aviasiyası yerləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar