SON XƏBƏRLƏR

Kamran Əsədov: "Bin Ladeni özümə rəhbər sayıram"

2021.10.20, 07:36
Kamran Əsədov: "Bin Ladeni özümə rəhbər sayıram"

Gunaz.tv
Kamran Əsədov: "Bin Ladeni özümə rəhbər sayıram" Hacı Qamət ifadə verdi: "Harada yaşayırıqsa, oranın qanunlarına əməl etməliyik" Dünən Ağır Cinayətlərə Dair İşlər Yzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə günün birinci yarısında keçən prosesdə hərbçilər dindirildiyi üçün proses qapalı keçirilib. Günün ikinci yarısında isə prosesdə şahid qismində Nərimanov Rayon Dindarları Dini İcmasının sədri Hacı Qamət Süleymanov ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxslərlə heç bir əlaqəsi olmayıb: "Ymumilikdə isə bu insanlarla fikir ayrılığım var". İcma sədri təqsirləndirilən Hacıbala Hüseynovun barəsində eşitdiyini də deyib: "Bizim bu müsəlmanlarla fikir ayrılığımız hakimiyyət məsələsidir. Yəni, Allahın hökmünə hökm verməkdir. Hökm Allahındır. Biz deyirik ki, yaşadığımız yerdə qanun İslam dininə müxalif deyilsə, ona tabe olmalıyıq. İslama müxalif qanunlardan isə çəkinməliyik". Sonra proses hakimlərin, prokurorun və təqsirləndirilən şəxslərin Q.Süleymanova ünvanladıqları suallarla davam etdirilib. Q.Süleymanov deyib ki, təqsirləndirilən şəxslərin əməlləri İslam dininə xətadır: "İslamda cihad var. Amma bunun şərtləri də var. Cihad üçün zərurət olduğu halda rəhbər, dövlət başçısı qərar verməlidir. Kim cihad eləmək istəyirsə, Qarabağda hərbi əməliyyatların başlanmasını gözləməlidir". Q.Süleymanov onu da deyib ki, qeyri-müsəlmanlar kafirdirlər. Amma onlara münasibət normal olmalıdır. Dəstə başçısı Kamran Əsədov Qamət Süleymanova "Homoseksuallıq, içki, sələm vermək Azərbaycanda halal kimi qiymətləndirilir. Lakin bu, dində haramdır. Buna necə baxırsınız" sualı ilə müraciət edib. Q.Süleymanov cavabında bunların hamısının haram olduğunu deyib:" Lakin harada yaşayırıqsa, oranın qanunlarına əməl etməliyik. Radikalizm İslamda var. Bu, ərəb ölkələrində də problemdir". K.Əsədov isə Ysamə bin Ladeni özünə rəhbər saydığını vurğulayaraq bildirib ki, dünyada yalnız "Əl-Qaidə" təşkilatının üzvləri müsəlman kimi yaşayırlar (Lent.az). Daha sonra prosesdə şahid qismində təqsirləndirilən şəxsləri İsmayıllıdan öz avtomobilində Bakıya gətirən taksi sürücüsü Elnur Qurbanov, Sumqayıtda dini toyların videoçəkilişini aparan Elçin Əvəzov və dəstə üzvləri arasında "Ömər" ləqəbi ilə tanınan Zaman Piriyev ifadə verib. Zaman Piriyev təqsirləndirilən Hacıbala Hüseynovu tanıdığını və onun inanclı insan olduğunu deyib. O, deyib ki, bu insan inancına görə saxlanılıb. Şahidin fikri hakimlər və prokuror tərəfindən etirazla qarşılanıb. Bu məqamla bağlı mübahisə yaranıb. Prokuror Oruc Cəlilov təqsirləndirilən şəxslərin bəzilərini populistlik etməkdə günahlandırıb. Məhkəmədə həmçinin Kamran Əsədov və İlkin İsmayılovun Qobustan Həbsxanasında görüşməsi ilə bağlı həbsxananın nəzarətçisi Cümşüd Xankişiyev və 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi İlqar Sadıqov ifadə verib. Daha sonra hakimə Nərimanov Rayon Dindarları Dini İcmasının sədr müavini Əlixan Musayevin prosesə səhhəti ilə bağlı gələ bilməməsi barədə teleqramı təqdim olunub. Proses fevralın 3-də davam etdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar