SON XƏBƏRLƏR

ORDU və PREZİDENT GÜL DAVOS QALMAQALINA MÜNASİBƏT AÇIQLADILAR

2021.10.20, 07:36
ORDU və PREZİDENT GÜL DAVOS QALMAQALINA MÜNASİBƏT AÇIQLADILAR

Gunaz.tv
ORDU və PREZİDENT GÜL DAVOS QALMAQALINA MÜNASİBƏT AÇIQLADILAR Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın İsrail prezidenti Şimon Peresi suçlayaraq Davos forumunu tərk etməsinə reaksiyalar davam edir. «Media forum»un məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı və Türkiyə prezidenti Ərdoğanın davranışına münasibət bildirib. Baş Qərargahın informasiya bölməsinin rəhbəri, general Mətin Gürak bu gün keçirdiyi brifinqdə olaya bir cümlə ilə münasibət bildirib: «İkitərəfli münasibətlərdə milli mənafelərə uyğun hərəkət edilməlidir». Prezident Abdulla Gül isə Ərdoğana açıq dəstək verib: «Türkiyənin baş nazirinə hörmətsizlik edilibsə, bu, sinəyə çəkilə bilməz».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar