SON XƏBƏRLƏR

QUM DİNİ MƏRKƏZİNDƏN İRAN PARLAMENTİNƏ HƏDƏ GƏLDİ: «ŞƏRİƏTƏ AİD MƏSƏLƏLƏRDƏ DEPUTATLARIN QƏRARI ETİBARLI SAYILMIR»

2021.10.20, 07:36
QUM DİNİ MƏRKƏZİNDƏN İRAN PARLAMENTİNƏ HƏDƏ GƏLDİ: «ŞƏRİƏTƏ AİD MƏSƏLƏLƏRDƏ DEPUTATLARIN QƏRARI ETİBARLI SAYILMIR»

Gunaz.tv
QUM DİNİ MƏRKƏZİNDƏN İRAN PARLAMENTİNƏ HƏDƏ GƏLDİ: «ŞƏRİƏTƏ AİD MƏSƏLƏLƏRDƏ DEPUTATLARIN QƏRARI ETİBARLI SAYILMIR» ayətullahsübhani.jpg Qadınların vəfat etmiş ərlərinin var-dövlətindən səkkizdə bir həcmdə pay almasını nəzərdə tutan və onların qanpulunu kişilərin qanpulu ilə eyniləşdirən qanun İranın ruhani dairələrində qəzəblə qarşılanıb. Qum Dini Mərkəzinin məşhur ruhanilərindən olan ayətullah Cəfər Sübhani parlamentin sədrinə məktub yazaraq sentyabrın 25-də qəbul olunmuş qanuna kəskin etiraz sərgiləyib. Sübhaninin məktubunda deyilir: «Zövcənin kişidən miras aparması və qadınlarla kişilərin qanpulu məsələsi fiqhi (dini) məsələ sayıldığı üçün bu barədə yalnız üləma qərar qəbul edə bilər. Belə məsələlərdə yalnız onlara müraciət etmək lazımdır. Bu işin parlamentə aidiyyəti yoxdur». Ayətullah parlamentin şəriətə məxsus sahələrlə bağlı hər hansı qərarını etibarsız saydığını vurğulayıb: «Şəriətə aid məsələlərdə səs çoxluğu əhəmiyyət daşımır. Deputatların qərarı da etibarlı sayılmır. Bunu möhtərəm deputatların nəzərinə çatdırın ki, bir daha belə şey təkrarlanmasın». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar