SON XƏBƏRLƏR

Ərdoğanın Pereslə mübahisəsinə səbəb erməni əsilli moderator olub?

2021.10.20, 07:36
Ərdoğanın Pereslə mübahisəsinə səbəb erməni əsilli moderator olub?

Gunaz.tv
Ərdoğanın Pereslə mübahisəsinə səbəb erməni əsilli moderator olub? 2009-01-30_10186.jpg Davosda müzakirələr zamanı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın etiraz etdiyi moderator "Vaşinqton Post" qəzetinin yazarı David İqnatius erməni əsilli ABŞ vətəndaşıymış. O, Yaxın Şərqdə İsrail tərəfdarı kimi də tanınır. öz yazılarında Ədalət Və İnkişaf partiyasının bölgədə yürütdüyü siyasətə münasibət bildirən İqnatius, son köşə yazısında Türkiyənin bölgədəki siyasətini domino prinsipinə bənzədib. Türkiyə mətbuatının məlumatına görə, İqnatius 1920-ci ildə Ermənistandan ABŞ-a köçən erməni əsilli ailədə anadan olub. ABŞ-da erməni lobbisi ilə sıx əlaqələri olan İqnatius, R.T.Ərdoğan və Türkiyə əleyhinə, xüsusilə də Türkiyənin xarici siyasətini tənqid edən yazıları ilə məşhurdur. David İqnatius eyni zamanda, baş rollarında Leonardo di Kaprio ilə Rassel Krounun oynadığı "Body of Lies" adlı filmin romanının da yazarıdır. Bu filmin yaddaşlarda qalan ən önəmli səhnəsi isə Türkiyənin Adana şəhərindəki İncirlik hərbi bazasında törədilən terror hadisəsidir. Xatırladaq ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun Qəzzadakı vəziyyətə həsr edilmiş müzakirələri zamanı Ərdoğan İsrail prezidenti Şimon Pereslə mübahisə edərək tədbiri tərk edib. Müzakirələrdə Peresə çıxış üçün 25 dəqiqə, özünə isə 12 dəqiqə vaxt ayrılmasına etiraz edən Ərdoğan, reqlamentin pozulduğunu bildirib və Ş.Peresə "Hörmətli Peres, məndən yaşlısınız. Səsiniz çox ucadan çıxır. Bu, günahkar olmaq psixologiyasıdır. Siz sadəcə öldürməyi bilirsiniz. Uşaqları öldürürsünüz. Bu insanları öldürənləri alqışlamaq insanlıq cinayətidir",- deyib. Rəcəb Tayyib Ərdoğan sonradan jurnalistlərə açıqlamasında bildirib: "Ban Kin Mun 8 dəqiqə danışdı, mən 12 dəqiqə danışdım, Amr Musa 12 dəqiqəyə çatanda çıxışını kəsdilər. İsrail prezidentinin 25 dəqiqə, həm də müzakirə mədəniyyətini aşaraq yüksək səslə danışması mübahisə yaratdı. O, "Mənim üçün artıq Davos bitib!",– deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar