SON XƏBƏRLƏR

Hüseyn Hüseyni Ərdəbil inqilab məhkəməsinə çağrılıb

2021.10.20, 07:36
Hüseyn Hüseyni Ərdəbil inqilab məhkəməsinə çağrılıb

Gunaz.tv
huseynhuseyni.jpg GÜNAZ.TV mətbuat mərkəzinin (www.dak.az)saytından əldə etdiyi məlumata əsasən Güney Azərbaycan milli hərəkat fəalı yaxın günlərdə Tehran Evin həbsxanasından girov müqavilində müvəqqəti azadlığa buraxılan Hüseyn Hüseyni 30 yanvar 2009-cu il tarixində Ərdəbil inqilab məhkəməsinə çağrılıb. Xatırladaq ki, soydaşımız milli fəaliyyətlərinə görə 2008-ci ilin may ayında Sulduz şəhərində keçirilən əl sənayəsi sərgisində təhlükəsizlik məmurları tərəfindən həbs edilərək Sulduz və Ərdəbil şəhərlərinin ETTELAAT idarələrində 19 gün müddətinə ağır işgəncələrə məruz qalmış, sonradan girov müqavilində müvəqqəti azadlığa buraxılsada, bir müddət öncə Sətarxanın anım mərasimində Tehranda dayısı Abdullah Abbası Cavanla birlikdə həbs edilərək, 68 gün müddətinə Evin həbsxanasının 2009-cu kamerasında işgəncə və təzyiqlərə məruz qoyulublar. 50 min dollar dəyərində girov qoymaqla azadlığa buraxılsa da Mühəndis Abdullah Abbası Cavan hələdə Evin həbsxanasında saxlanır. Məlumata görə Ərdəbil inqilab məhkəməsi Hüseyn Hüseyniyə qarşı ittihamlara izahat almaq və özünü müdafiə iclası üçün çağırdığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar