SON XƏBƏRLƏR

Əhmədinejadın yəhudi olduğu elan edildi

2021.10.20, 07:36
Əhmədinejadın yəhudi olduğu elan edildi

Gunaz.tv
Əhmədinejadın yəhudi olduğu elan edildi ahmedinejat.jpg Prezidentin növbəti seçkilərdə iştirak edəcəyini açıqlaması ona baha başa gəldi İranda iyun ayında keçiriləcək prezident seçkilərinə hazırlıq başlayıb. Lent.az-ın “NEWSru Israel” saytına istinadən verdiyi məlumata görə, fəaliyyətdə olan prezident Mahmud Əhmədinejadın namizədliyini irəli sürəcəyi ilə bağlı bəyanatı ona baha başa gəlib. Prezidentin bəyanatından dərhal sonra ölkədə onun yəhudi olması ilə bağlı məlumat yayılıb. Şayiənin kökündə mühafizəkar ayətulla Əbu əl-Kasam Xəzəlinin oğlu Mehdi Xəzəlinin internet gündəliyi durur. Əhmədinejadı dəstəkləyən ayətullanın oğlu bu gündəlikdə iddia edib ki, prezident özünün yəhudi kökünü gizlətməyə çalışır. Guya ki, Əhmədinejad “biabırçı faktı” ört-basdır etmək üçün şəxsiyyət vəsiqəsində soyadını dəyişdirib, özü isə İsrailin və yəhudilərin ünvanına tənqidlər söyləməklə həqiqi müsəlman olduğunu sübut etməyə çalışır. Mehdi Xəzəli “Yəhudilər İranda” məqaləsində prezidentin “həqiqi” soyadına və bioqrafiyasına da “aydınlıq” gətirib. Gündəlikdəki iddiaya görə, Əhmədinejadın həqiqi soyadı Saborcandır və o, İran yəhudilərinin üstünlük təşkil etdikləri Aradan rayonunda doğulub. Xəzəli məqaləsini yəhudilərin İran tarixində rolu barədə həqiqətləri danışmağa çağırışla bitirib. Qeyd edək ki, mühafizəkar ayətullanın oğlunun gündəliyi hazırda İran və Qərb KİV-ndə aktiv müzakirə olunur. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar