SON XƏBƏRLƏR

Ermənilərin abidələrimizi məhv etməsi bu il YUNESKO-nun keçirəcəyi məşvərət şurasında müzakirəyə çıxarılacaq

2021.10.20, 07:36
Ermənilərin abidələrimizi məhv etməsi bu il YUNESKO-nun keçirəcəyi məşvərət şurasında müzakirəyə çıxarılacaq

Gunaz.tv
Ermənilərin abidələrimizi məhv etməsi bu il YUNESKO-nun keçirəcəyi məşvərət şurasında müzakirəyə çıxarılacaq allahshukur_pashazade1.jpg Hacı Allahşükür Paşazadə: «Biz burada erməni tapdağında olan abidələrimizi, dini mədəniyyəti əks etdirən tarixi mədəniyyət nümunələrimizi müdafiə edəcəyik» «Ermənilərin Azərbaycan abidələrini və dini mədəniyyəti əks etdirən tarixi mədəniyyət nümunələrimizi məhv etməsi faktı bu il YUNESKO-nun rəhbərliyi ilə keçiriləcək məşvərət şurasında müzakirəyə çıxarılacaq». Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bu barədə bildirib. O qeyd edib ki, bu tədbir Azərbaycan üçün çox əhəmiyyətlidir: «YUNESKO-nun rəhbərliyi ilə mən, patriarx Kirill həzrətləri bu sessiyanı aparacağıq. Burada müsəlman dünyasından 3 dövlət- Səudiyyə Ərəbistanı, İordaniya və Azərbaycan iştirak edir. Bu, bizə nə verir? Biz burada erməni tapdağında olan abidələrimiz, dini mədəniyyətmizi əks etdirən tarixi mədəniyyət nümunələrimizi müdafiə edəcəyik». /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar