SON XƏBƏRLƏR

Erdoğan Qarabağ məsələsində Yerevana mesaj verdi

2021.10.20, 07:36
Erdoğan Qarabağ məsələsində Yerevana mesaj verdi

Gunaz.tv
Erdoğan Qarabağ məsələsində Yerevana mesaj verdi 20080718143253turkey_armenia203.jpg İsrail prezidenti Şimon Pereslə söz atışmasından az sonra Türkiyənin baş naziri Recep Tayyib Erdoğan öz gündəliyinə uyğun olaraq Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Bu görüşdən əvvəl cənab Erdoğan bildirmişdi ki, o, bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və onun Ermənistan lideri ilə danışıqları məhz bu çərçivədən çıxış edərək aparılacaq. O deyib ki, “biz Azərbaycanı Qarabağ münaqişəsində heç vaxt yalnız qoya bilmərik və Ermənistan bu məsələdə bizi başa düşdüyünü sərgiləməlidir”. O deyib ki, Ermənistan səmimi hərəkət etsə, hətta bugünkü görüşdə sülhün xəritəsi cizgilənə bilər. Bu görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin baş naziri ilə danışıqlardan razı qaldığını bildiirb və bunu “müsbət siqnal” adlandırıb. Cənab Sarkisyan bu görüşü faydalı adlandırıb və bildirib ki, “mən cənab baş nazirdə bizim problemləri həll etmək istəyini gördüm".BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar