SON XƏBƏRLƏR

Türkiyənin baş naziri Ermənistan prezidenti ilə görüşüb

2021.10.20, 07:36
Türkiyənin baş naziri Ermənistan prezidenti ilə görüşüb

Gunaz.tv
Türkiyənin baş naziri Ermənistan prezidenti ilə görüşüb receb-sarkisan.jpg Peres və Ərdoğan arasında baş vermiş qalmaqal Türkiyənin baş nazirinin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünü kölgədə qoyub. Qəzzayla bağlı qalmaqaldan dərhal sonra Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidentiylə görüşüb. Tərəflərin ümidli olduğu bu görüş cəmi 20 dəqiqə davam edib. Bu , tərəflər arasında ilk görüş olub. Danışıqlardan sonra Ərdoğan və Sarkisyan müzakirələr barədə bir açıqlama verməyiblər. Lakin onlar müzakirənin qarşılıqlı problemləri həll etmək istiqamətində faydalı olacağını bildiriblər. Görüşmənin Türkiyə-Ermənistan əlaqələrinə necə təsir edəcəyini isə zaman göstərəcək. Bu arada Davosda Ermənistanla bağlı verdiyi mesajlarda Rəcəb Tayyib Ərdoğan tərəflərin cəsarətli addımlar atmasının önəmini vurğulayıb. O, addımların diasporaların niyyətlərinə fəda edilməməli olduğunu deyib. Türkiyənin baş naziri gələcəyimizi özümünün həll etməmiz lazımdır. Başqalrını bu işə qarışdırmamalıyıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar