SON XƏBƏRLƏR

Ermənistan Gürcüstana qarşı müharibəyə başlayacaq?

2021.10.20, 07:36
Ermənistan Gürcüstana qarşı müharibəyə başlayacaq?

Gunaz.tv
Ermənistan Gürcüstana qarşı müharibəyə başlayacaq? Ermənistan Gürcüstanın Samsxe-Cavaxeti bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir. Erməni başbilənləri narahatlıqlarını gizlətmirlər ki, bu ərazi Yerevanın təsir dairəsindən çıxarsa, Ermənistan ətrafında türklərdən ibarət tam həlqə formalaşacaq. Tarixçi Aykazun Alvrsyanın sözlərinə görə, İranın şimalında Qızılbaşların xələfləri yaşayır, qərbdə Türkiyə, şərqdə isə Azərbaycandır və yalnız şimaldan Cavakx Ermənistanın dünyaya çıxışını təmin edir. Buna görə də Alvarsyan rəsmi Yerevana məsləhət görür ki, regionda ermənilərin daha da aktivləşməsinə çalışmaq və hadisələrə təsir rıçaqlarını əldən buraxmamaq lazımdır. Əks təqdirdə 10 ildən sonra Gürcüstanla danışıqlarda Ermənistanın əlində heç bir arqument – başqa sözlə desək, təzyiq vasitəsi olmayacaq. Vaxtilə Qarabağ ermənilərinin sıxışdırılması, hüquqlarının tapdanması barədə danışan erməni alimləri indi də Cavaxetiyada soydaşlarının Ermənistanla sərbəst əlaqəsinə maneçilik törədildiyini, onların dil probleminin mövcudluğunu, əməkhaqlarının aşağı olduğunu, regionun erməni və gürcü əhalisi arasında seçki kvotasının düzgün bölünmədiyini deyirlər. Bəzi məlumatlara görə, regionda vəziyyətin son günlər daha da gərginləşməsi heç də təsadüfi deyil. «Medianyus» agentliyinin yazdığına görə, Rusiya Ermənistandan Cavaxetiyada aktivləşməyi, başqa sözlə – Gürcüstana qarşı hərbi əməliyyatlara başlamağı tələb edir. Agentlik bildirir ki, yanvarın əvvəllərində Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Ermənistan hökumətinə «Qara sənəd» təqdim edib. Bu sənəddə Ermənistan üçün Cavaxetiya məsələsində 2009-cu ilin niyə həlledici olduğu açıqlanır. Qeyd olunur ki, Gürcüstanda hakimiyyət çox zəifləyib, ordunun bir-neçə cəbhədə döyüşmək üçün gücü yoxdur. Ermənistan rəhbərliyi əmin edilir ki, hərbi əməliyyatlar başlayan kimi Abxaziya və Cənubi Osetiyadakı Rusiya qoşunları da gürcülərə qarşı döyüşlərə qoşulacaq. Tbilisi bu üçtərəfli hücuma maksimum bir həftə tab gətirə bilər. Sonra Ermənistana yalvararaq sülh istəyəcək. Elə bu zaman da Yerevan öz şərtlərini irəli sürə bilər. Cavaxetiya «Qeyri-müəyyən statuslu ərazi» adlanacaq, əslində Rusiya və Ermənistan tərəfindən idarə ediləcək. Bir çox gürcü siyasətçiləri və analitiklər isə «Medianyus» agentliyinin bu informasiyasına soyuq yanaşıblar və hadisələrin belə inkişafını qeyri mümkün hesab ediblər. Onlar hesab edir ki, ən azından dünya birliyi buna imkan verməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar