SON XƏBƏRLƏR

Türkiyə Avropa Hərəkatının prezidenti Azərbaycana səfər edəcəkdir

2021.10.20, 07:36
Türkiyə Avropa Hərəkatının prezidenti Azərbaycana səfər edəcəkdir

Gunaz.tv
Türkiyə Avropa Hərəkatının prezidenti Azərbaycana səfər edəcəkdir QayNar: Avropa Hərəkatı Azərbaycan təmsilçiliyinin dəvəti ilə fevralın 1-də Türkiyə Avropa Hərəkatının prezidenti professor Haluk Günuğur Azərbaycana səfər edəcək. Bu barədə Qaynar.info-ya yerli təmsilçilikdən xəbər verilib. Səfərdə məqsəd Azərbaycanla yaxından tanış olmaq, Avropa Hərəkatının Azərbaycan təmsilçiliyi ilə birgə işbirliyinin qurulması istiqamətində danışıqlar aparmaqdır. Bundan başqa Haluk bəy bir sıra dövlət rəsmiləri, qeyri hökumət təşkilatları,müxtəlif universitetlərin tələbələri ilə görüşmək və onlara Avropa Hərəkatının fəaliyyəti,gördüyü işlər barəsində məlumat vermək eyni zamanda gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir. Müxtəlif gənclərin və qht-lərin birgə görüşü də təşkil olunacaqdır. Yaxınlarda bununla bağlı geniş məlumat veriləcəkdir. // Şəmsi Abbasov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar