SON XƏBƏRLƏR

Tiflis məhkəməsi casusluqda ittiham olunan erməni diaspor təşkilatlarının rəhbərləri haqqında həbs-qətimkan tədbiri seçib

2021.10.20, 07:36
Tiflis məhkəməsi casusluqda ittiham olunan erməni diaspor təşkilatlarının rəhbərləri haqqında həbs-qətimkan tədbiri seçib

Gunaz.tv
Tiflis məhkəməsi casusluqda ittiham olunan erməni diaspor təşkilatlarının rəhbərləri haqqında həbs-qətimkan tədbiri seçib Tiflis şəhər məhkəməsi Axalkələk sakinləri Qriqori Minasyan və Sergey Akopcanyan haqqında iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. APA-nın məlumatına görə, hər iki şəxs yanvarın 22-də Gürcüstan əks-kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Qeyd edək ki, Qriqori Minasyan Axalkələkdə fəaliyyət göstərən Erməni Gənclər Mərkəzinin, Sergey Akopcanyan isə “Şarl Azanvur” xeyriyyə cəmiyyətinin rəhbəridir. Onlara qarşı casusluq və qanunsuz silahlı birləşmələr yaratmaq maddələri ilə ittiham irəli sürülüb. Ermənilərin həbsinə münasibət bildirən Gürcüstanın reinteqrasiya naziri Timur Yakobaşvili bildirib ki, ölkədə qeyri-hökumət təşkilatı pərdəsi altında gilənərək qonşu dövlətin sifarişi əsasında fəaliyyət göstərən və su bulandıran qüvvələr var.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar