SON XƏBƏRLƏR

Bərzani və Talabani PKK-nın düşməni elan edilib

2021.10.20, 07:36
Bərzani və Talabani PKK-nın düşməni elan edilib

Gunaz.tv
28/01/09 Bərzani və Talabani PKK-nın düşməni elan edilib talabani_berazani_485410980.jpg İraqın təhlükəsizlik işləri məsulu Mam Rosterm PKK-dan silahı yerə qoyaraq ölkəni tərk etmələrini tələb edib. O qeyd edib ki, PKK-cılar İraqın və Türkiyənin 2-3 əsgərini öldürməklə küdələrə azadlıq bəxş edə bilməyəcklər. “Əksinə onlar bununla təkcə Türkiyədəki deyil, İraqdakı kürdlərin də həyatını təhlükə altına atırlar”, - deyə Rosterm əlavə edib. PKK-çılar isə buna cavab olaraq İraqın xarici işlər naziri Hoşyar Zebari başda olmaqla bir çox ölkə rəsmilərini qara sıyahıya alıblar. RİA.AZ -dan GÜNAZ.TV mətbuat mərkəzinə daxil olan məlumata əsasən İraqın şimalında dərc olunan mətbuatda PKK adından çıxış edən Əhməd Dəniz adlı terrorçu İraq kürdlərinin PKK-ya qarşı Türkiyə ilə əməkdaşlıq etmələrinin bağışlanılmayacağını bildirib. “İraqlı kürd liderlərin Türkiyə və ABŞ-ın yanında PKK-ya qarşı döyüşmələri onların sonu olacaq. PKK-ya qarşı Türkiyə ilə əməkdaşlıq edən İraq kürdləri xəyanət ediblər. Maraqlıdır, İraq kürdlərinin liderləri olan Məsud Bərzani və Cəlal Talabani PKK-nı nəyin qarşılığında Türkiyəyə satdılar. Bu razılaşmaya görə, onlar artıq PKK-nın ən böyük düşmənləridirlər”, - deyə Əhməd Dəniz bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar