SON XƏBƏRLƏR

İRAN MOLLA REJİMİNƏ MÜXALİFLƏRİN BASDIRILDIĞI KÜTLƏVİ MƏZARLIĞIN DAĞIDILMASINA ETİRAZLARA MÜNTƏZİRİ DƏ QOŞULDU

2021.10.20, 07:36
İRAN MOLLA REJİMİNƏ MÜXALİFLƏRİN BASDIRILDIĞI KÜTLƏVİ MƏZARLIĞIN DAĞIDILMASINA ETİRAZLARA MÜNTƏZİRİ DƏ QOŞULDU

Gunaz.tv
İRAN MOLLA REJİMİNƏ MÜXALİFLƏRİN BASDIRILDIĞI KÜTLƏVİ MƏZARLIĞIN DAĞIDILMASINA ETİRAZLARA MÜNTƏZİRİ DƏ QOŞULDU tehranxavəranməzarlıq2.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən İran İslam Respublikasının qurucusu Xomeyninin canişini olmuş ayətullah Hüseynəli Müntəziri 20 il əvvəl bu rejimə muxalif olanlar edam olunaraq Tehranın Xavəran qəbiristanlığında kütləvi basdırılmış siyasi məhbusların qəbirlərinin dağıdılmasına etiraz bildirib. Təkcə Tehranda 5 mindən 12 min nəfərə qədər insanın basdırıldığı təxmin edilən kütləvi qəbirlərin hökumət qüvvələrinin göstərişiylə gizlicə dağıdılması xəbəri bir neçə gün əvvəl yayılıb. Bu, qətlə yetirilənlərin ailələrinin, o cümlədən insan hüquqları təşkilatlarının ciddi etirazına səbəb olub. 1989-cu ildə İran hökuməti Tehranın Evin zindanında saxlanan minlərlə siyasi məhbusu bir neçə həftə ərzində edam edib. Bəzi məhbuslar paytaxtın «Behişt-i zəhra» qəbiristanlığında, solçu məhbuslar isə kafir sayıldıqları üçün Tehranın Xavəran qəbiristanlığında - erməni qəbiristanlığının yanında basdırılıblar. İran Azadlıq Hərəkatının rəhbərləri ilə görüşən Müntəziri deyib: «Şah rejiminin də ölülərlə işi olmazdı. Hətta kafirlərin də ölüsünü təhqir etmək düzgün sayılmır. Bu qəbirlərdə yatanların bir çoxu 1-2 illik həbsə məhkum olunmalarına baxmayaraq edam ediliblər. İndi onların qəbirlərini də rahat buraxmır, ailələrinə əziyyət verir, problem yaradırlar». Müntəziri İran İslam İnqilabının lideri ayətullah Xomeyninin ilk canişini olub. Sonradan o, ölkədə həyata keçirilən kütləvi edamlarla bağlı Xomeniyə açıq etiraz məktub yazıb. Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar