SON XƏBƏRLƏR

URMİYADA AZƏRBAYCAN BAYRAĞINI QALDIRAN GƏNCLƏR MƏHKƏMƏYƏ ÇAĞIRILIBLAR

2021.10.20, 07:36
URMİYADA AZƏRBAYCAN BAYRAĞINI QALDIRAN GƏNCLƏR MƏHKƏMƏYƏ ÇAĞIRILIBLAR

Gunaz.tv
URMİYADA AZƏRBAYCAN BAYRAĞINI QALDIRAN GƏNCLƏR MƏHKƏMƏYƏ ÇAĞIRILIBLAR İranın Qərbi Azərbacan əyalətinin mərkəzində - Urmiya şəhərində 2008-ci ilin sentyabrında keçirilmiş futbol turnirində Azərbaycan Respublikasının bayrağını qaldırmış dörd gənc məhkəməyə çağırılıb. «Media forum» saytının məlumatına görə, Urmiya İnqilab Məhkəməsinə çağırılan gənclərdən biri - Yavər Şərifi orta məktəb şagirdidir. Digər şəxslər Səid Mahmudi, Məhəmməd Şərifi və Əli Əkbəridir. Yarışda Azərbaycan Respublikasından, Türkiyə, İraq və İrandan futbol komandaları iştirak edib. Məhkəməyə çağırılan urmiyalılar yarışlarda Azərbaycan Respublikasının komandasına dəstək verərək Azərbaycanın üçrəngli dövlət bayrağını qaldırıblar, eyni zamanda Güney Azərbaycan türklərinin milli hüquqları ilə bağlı şüarlar səsləndiriblər. Həmin vaxt Y.Şərifi, S.Mahmudi, M.Şərifi və Ə.Əkbəri tutulsalar da, sonradan müvəqqəti azadlığa buraxılmışdılar. Urmiyalı fəalların separatizmə dəstək verməkdə günahlandırıldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar