SON XƏBƏRLƏR

İranın Sistan və Bəluçistan əyalətində 10 polis nəfəri öldürülüb

2021.10.20, 07:36
İranın Sistan və Bəluçistan əyalətində 10 polis nəfəri öldürülüb

Gunaz.tv
İranın Sistan və Bəluçistan əyalətində 10 polis nəfəri öldürülüb 2009-01-26_9956.jpg İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhəri ətrafında İran polisi ilə bir qrup silahlı şəxsin arasında baş verimiş atışma zamanı 10 polis nəfəri həlak olub. Bu barədə İranın PRESS TV xəbər kanalı məlumat yayıb. İran polisi yanvarın 25-də gecə saatlarında bir qrup silahlını həbs etmək məqsədi ilə əməliyyat həyata keçirib. Silahlı qrup ilə Polis heyəti arasında Zahidan şəhər ətrafında atışma baş verib. Hadisə zamanı 10 İran polisi həlak olub. Silahlı qrup haqda məlumat verilməyib. Sistan və Bəluçistan əyaləti İranın cənub qərbində Əfqanıstan və Pakistan ölkələri ilə sərhəddə yerləşir. Bu sərhəd regionu narkotik maddələrin tranzit edildiyi əraziyə çevrilib. İran polisi hər il bu regiondan külli miqdarda narkotik maddələr müsadirə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar